')

Bu gün:


FutbolPress.Az | Riçardın nə vecinə...

Riçardın nə vecinə...


oxunma sayı: 861 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

İşlədiyim şirkətin rəhbəri ingilisdi. Orda əsas vəzifələr də onlardadı. Çox nüfuzlu şirkətdi. Azərbaycanlılar orda ən yaxşı halda, kadrlar şöbəsində müavinin müavini vəzifəsində çalışır. Yenə fikirləşmə ki, xalqımıza qarşı haqsızlıq var, əzizim, reallıq belədi...

Mən məktəbdə oxuyanda bir mühafizəkar müəllimimiz durmadan, az qala, bütün düyanın xalqımıza qarşı haqsızlıq yapdığını təbliğ eləyirdi. İnanmırdım belə nəğmələrə. Başına daş düşən jurnalistika fakültəsini bitirəndən sonra hərbi xidmət.. və dərhal xaricə qaçmaq istəyirdim - nə olur olsun, təki bu ölkədə yaşamayım... Yaxşı ki, ingilislər vardı, indi işləmək nə deməkdi, işçi necə olur: başa düşmüşəm. Yorulmuşdum həyatdan - tələbəlik dövründə qəzet qalmadı reportyorluq etməyək orda, doğrudan, qarşılaşığımız hər şey bezdirici idi...

Dünən iş yoldaşım soruşur:
- Sizdə futbol yoxdu, demişdimmi sənə...
- Riçard, bu söhbəti keçən dəfə bağlamışdıq və səhv eləmirəmsə, mən haqlı çıxmışdım nəticədə.
- Eşitmişəm ki, ölkənizdə futbol mafiya rejimiylə idarə olunur. Belə baxıram, əgər sən futboldan məqalə yazırsansa, cəsursan.
- Riçard, desəm ki, faktla danış, dediyini sübut elə, anlamayacaqsan ki, mən Ramin Musayevi nümunə çəkirəm. Sən hardan biləsən, musayevlər fəsiləsi nədi...
- Mən onu bilirəm ki, Lənkəranda azarkeşlər stadiona girib, oyunda möhkəm dava düşüb.
Əmin olun ki, Riçard bunu ciddi demir, öyrənmək istəmir, onunçün belə xəbərlər sadəcə, macəra xarakterlidi. Nə yaxşı ki... Əmin olun ki, bir milyon qaçqınımız da Amerika üçün belə mənasız söhbətdi. Onlar bu cılız məkanda nə baş verdiyinə əhəmiyyət belə vermək istəmirlər. Amma biz hər gün Avropaya, Qərbə inteqrasiya haqqında nağıllar danışırıq.

Lənkəranda o boyda Azərbaycanın bu boyda futbolunun "Böyük oyunu" göstərdi ki, bizdə aləm dəyib bir-birinə. Çalışdım, oyun ətrafında hadisələri, çıxarılacaq qərarları izləyim. "Futbol saatı" verilişində Tuyqun Nadirov ağıllı danışmağa çalışdığı qədər Elnur Əşrəfoğlu da çalışırdı. İkisi də "Allah haqqı, biz düppədüzük" janrında bacardıqlarını nümayiş etdirdilər. Qəzetlər də səhifələri doldurmağa material tapmışdı... (Doğrudan dəlixanadı e...)

Dünən qərarlar hökm olundu. Heç Monqolustan futbolunda belə biabırçılıq olmur, bunlar bunu bacardılar. Nə stadionla bağlı, nə Ağasəlim Mircavadov, nə tülkünün həccə getməyindən fərqlənməyən Hacı Əfqan Həmzəyev və s. barəsində normal qərar olmayıb. Bu mənəzərəni ən yaxşı halda Riçardın dediyi kimi "mafiya rejiminə" oxşatmaq olar.

Hər şeyin "İdman Azərbaycan"da oyunun videoyazısının nümayişi ilə həll olunduğunu iddia eləmək olardı. Baxandan sonra oturub güman elədim ki, əgər bu bədbəxt kanal oyunda baş verən qırğın-qiyaməti "kəsib" qalan yerləri göstəribsə, Lənkəran komandası layiq olduğu cəzanı almayacaq. Elə oturaq vəziyyətdə onu da düşündüm ki, əgər bu cür olsa, onda qarşılıqlı olaraq, oyunun hakimliyi və digər faktorlar da ötəri cəzalanmayla xətm olunacaq. Elə də oldu. "İdman Azərbaycan" falçı üçün kart əvəzi istifadə oluna bilər...

Hələ bir maraqlı xəbəri də oxudum: Rövnəq Abdullayev Ramin Musayevə qəzəblənib. Məlum hadisələrə görə. Vallah hər şey gördüyünüz kimi tamaşa deyil, bunun o tərəfində o qədər iyrənc şeylər var ki. Guya bu onu danladı, töhmət vurdu, nə bilim üstünə qışqırdı və hər şey belə qəşəngdi, əladı... Yox! Bizdə futbol olmayıb və olmayacaq! Gözləməyin bunu! Amma bu, o demək deyil ki, futbolu bu ölkədən silmək lazımdı - qoy hacıəfqankimilər qazansın da... Ailəsinə çörəkpulu aparsınlar. Köhnə peşənin yeni sakinlərinə eşq olsun!!! Yaşasın odlar diyarı, qəhrəmanlar yurdu və onun futbolu...

Yazarın bütün yazıları

oxunma sayı: 861 | Paylaş:




?>