')

Bu gün:


FutbolPress.Az | AFFA VƏ "XƏZƏR LƏNKƏRAN": QARŞILIQLI "ANLAŞMA"

AFFA VƏ "XƏZƏR LƏNKƏRAN": QARŞILIQLI "ANLAŞMA"


oxunma sayı: 530 Paylaş:

AFFA İntizam Komitəsinin qalmaqallı "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı səbrsizliklə gözlənilən qərarını verdi. Beləliklə, Komitə Lənkəran klubunu 35 min manat cərimə edib. Lənkəran şəhər stadionunu direktoru Höccət Hacıyev 10, baş məşqçi Ağasəlim Mircavadovla mətbuat katibi Tural Əsgərov 4, Ruslan Poladov 2 oyunluq cəzalanıb. Amma gözlənilənlərin əksinə olaraq, federasiya stadionda baş verən iğtişaşlara hüquqi qiyməti verməyib.
Matçın qalmaqalla yekunlaşmasının əsas baiskarı Əfqan Həmzəyevin cəzası da gözləniləndən yüngül olub. Lənkəran klubunun iki qolunu qeydə almamaqda və penaltini verməməkdə günahlandırılan hakim AFFA-nın açıqladığı qərarla, oyuna hazırlıqla bağlı qeyri-peşəkar hərəkətlərə yol verdiyi üçün Hakimlər Komitəsinin qərarı ilə 3 oyunluq cəzalandırılıb.
Ümumiyyətlə, bu oyunla bağlı komitənin qərarı aşağıdakı kimidi:
1. «Xəzər-Lənkəran» - «Neftçi» oyunu zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu 5000 manat cərimə olunur.
2. Oyun zamanı futbol meydanına və qaçış zolağına kənar əşyalar atıldığına görə meydan sahibi - «Xəzər-Lənkəran» klubu 2000 manat cərimə olunur.
3. Matçda «Xəzər-Lənkəran» klubunun məşqçiləri və klubun nümayəndələri texniki zona qaydalarını pozduğu üçün «Xəzər-Lənkəran» klubu 2000 manat cərimə olunur.
4. Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyi üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu 8000 manat cərimə olunur.
5. Oyunun 90+1-ci dəqiqəsində «Xəzər-Lənkəran» klubunun 7 №-li futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq kənarlaşdırılır, klub isə 2000 manat cərimə olunur.
6. Matçda «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır və «Xəzər-Lənkəran» klubu 4000 manat cərimə olunur.
7. Oyunda «Xəzər-Lənkəran» klubunun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır, klub isə 4000 manat cərimə olunur.
8. Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılır və meydan sahibi - «Xəzər-Lənkəran» klubu 8000 manat cərimə olunur.
9.«Xəzər-Lənkəran» klubunun növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə klub daha ciddi cəzalandırılacaq.
10.«Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, baş məşqçiyə qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.


oxunma sayı: 530 | Paylaş:




?>