')

Bu gün:


FutbolPress.Az | RAMİN MUSAYEV LƏNKƏRANDAKI RƏZİLLİYƏ GÖZ YUMDU!

RAMİN MUSAYEV LƏNKƏRANDAKI RƏZİLLİYƏ GÖZ YUMDU!


oxunma sayı: 478 Paylaş:

"Hakimin heç bir günahı yoxdu. Bunların hamısı sufarişli iddialardı"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı fikirlərini bildirdi. O, hakimlərin oyunun qərəzli idarəçiliyi və ya səhv etdiyi barədə iddiaları əsassız sayır: "Lazımdısa, şikayəti olan gəlsin yanıma, oyunun videoyazısını qoyum, baxsın. Əsas şübhələr birinci qol və oyunun sonlarında penalti epizodlarıyla bağlıdısa, mən deyirəm ki, hakimin səhv etdiyini düşünmürəm".

Musayev narazı azarkeş kütləsinin PFL-in seyrçi mövqe tutmaqda və radikal addımlar atmamaqda suçlamasını da qəbul etmir: "Səsləndirilən ittihamların heç biri əsaslı deyil. Azarkeş çox şey fikirləşə, deyə bilər, amma reallıq və qaydalar var. Əsassız ittihamlar onsuz da nəzərə alınmır. Nə bilmək olar, bəlkə də bunların hamısı sifarişli iddialardı. Həyatda elə bir insan yoxdu ki, səhv eləməsin".


oxunma sayı: 478 | Paylaş:




?>