')

Bu gün:


FutbolPress.Az | "BÖYÜK OYUN"A KİÇİK MÜNASİBƏT DAVAM EDİR

"BÖYÜK OYUN"A KİÇİK MÜNASİBƏT DAVAM EDİR


oxunma sayı: 541 Paylaş:

Premyer Liqanın XXV turunun ən maraqla gözlənilən qarşılaşması, sabah Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" derbisi televiziyadan yayımlanmayacaq. "Böyük oyun"u nə "İdman Azərbaycan" kanalı, nə də AzTV nümayiş etdirmək niyyətində deyil.

Bu barədə Cənub təmsilçisinin rəhbərliyi növbəti dəfə narazılığını bildirsə də, bundan çıxış yolları hələ də məlum deyil. Klublar arasında cari mövsümün Lənkəranda baş tutan ikinci oyunu da TV-dən yayımlanmır. Maraqlıdı ki, çempionatın azarkeş sarıdan böhran keçirdiyi bir vaxtda "Böyük oyun"un hələ də ajiotajına görə liderliyi əlində saxlaması çempionat təşkilatçılarını da düşündürmür.

Bu barədə iradlar hələ ilk qarşılaşmada olmuşdu. Çempionatın səviyyəli keçməsini istəyən bə bunda mətbuatın da dəstəyini uman təşkilatçılar belə məqamlarda həlledici rol oynaya bilmirsə...

Çempionatın mərkəzi oyunun əvəzinə "İdman Azərbaycan" yalnız bir oyunu - "Bakı" - "Qəbələ" qarşılaşmasını canlı yayımlayacaq.


oxunma sayı: 541 | Paylaş:




?>