VÜQAR HƏŞİMOV "AMBER"İ ORTALARDA BİTİRDİ
Paylaş:
Fransanın Nitsa şəhərində keçirilən 19-cu "Amber" turniri başa çatıb. Yarışda iştirak edən Vüqar Həşimov son turda Petr Svidlerlə görüşüb. Rusiyalı qrossmeysterlə həm gözübağlı partiya, həm də sürətli şahmatda heç-heçəyə razılaşıblar. Nəticədə Vüqar gözübağlı oyunda 5,5 xalla 12 iştirakçı arasında 6-8-ci yerləri bölüşdürüb, sürətli şahmatda isə 6 xal toplayaraq 5-7-ci yerlərə şərik çıxıb. Ümumi hesabda da Həşimov 6-8-ci yerləri bölüşdürüb (11,5 xal). "Amber" turnirinin qalibi hərəyə 14,5 xal toplamış norveçli Maqnus Karlsenlə ukraynalı Vasili İvançuk olub.
| Paylaş: