')

Bu gün:


FutbolPress.Az | "İNTER" LİDERLİYƏ YÜKSƏLDİ (Nəticələr)

"İNTER" LİDERLİYƏ YÜKSƏLDİ (Nəticələr)


oxunma sayı: 542 Paylaş:

Bu gün keçirilən 3 qarşılaşmayla Premyer Liqanın XXIV turuna yekun vurulub. Turun mərkəzi oyununda "Şəfa"da "İnter" "Xəzər Lənkəran"a qalib gəlib. 4-cü dəqiqədə hakim Fariz Yusifovun şübhəli penalti qərarı oyunun taleyini həll edib. Qarşılaşma ümumilikdə yüksək tempdə keçsə də, "bankirlər" 1 qolla 3 qazanıb Cənub təmsilçisini şərikli liderlikdən saldı.
"Bakı" bu dəfə məğlub olub. Paytaxt derbisində "Neftçi" paytaxtın adaş kimandasını Adrian Neaqanın 13-cü dəqiqədə vurduğu qolla məğlub edib. "Qarabağ" Qəbələ səfərində ağır məğlubiyyətə baş əyib. Ağdam klubu hesabı açsa da, sonda öz qapısından 3 qol buraxıb.

21 mart

"İnter" - "Xəzər Lənkəran" - 1:0
Qol:
Petar Zlatinov, 4 (p)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Zöhrab Əliyev

"Qəbələ" - "Qarabağ" - 3:1
Qollar:
Paulino Lopes Tavares, 50; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 42
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Hacıəli Ağayev

"Neftçi" - "Bakı" - 1:0
Qol:
Adrian Neaqa, 13
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Munis Abdullayev, Ceyhun Haşımov

20 mart

"Karvan" - "Muğan" - 0:0
Hakimlər:
Elnur Muradov, Eldar Nağıbəyov, Vaqif Ayvazov, Azad Mütəllimov

"Standard" - "Turan" - 2:3
Qollar:
Samir Zərgərov, 55; Amiran Muciri, 75 - Nadir Nəbiyev, 70; 83; Peter Kolavole, 90+2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Elşən Durmuşov, Səbayel Qurbanova

"Simurq" - "Olimpik-Şüvəlan" - 0:3
Qollar: Viktor İbekoi, 13; Alves Dos Santos, 35; Anatoli Doroş, 39
Hakimlər: Elçin Məmmədov, Elşən Acalov, Aleksandr Musatkin, Əmrah İbrahimov

1 "İnter"                 12 21
2 "Xəzər Lənkəran" 12 18
3 "Bakı"                 12 15
4 "Qarabağ"            12 15
5 "Neftçi"                12 15
6 "Qəbələ"              12 10
7 "Simurq"              12 22
8 "Olimpik-Şüvəlan" 12 21
9 "Turan"                12 19
10 "Muğan"             12 14
11 "Standard"          12 12
12 "Karvan"              12 8


oxunma sayı: 542 | Paylaş:




?>