')

Bu gün:


FutbolPress.Az | RƏŞAD SADİQOVUN QIRMIZI VƏRƏQƏSİ SARI İLƏ ƏVƏZLƏNDİ!

RƏŞAD SADİQOVUN QIRMIZI VƏRƏQƏSİ SARI İLƏ ƏVƏZLƏNDİ!


oxunma sayı: 520 Paylaş:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularıyla bağlı maraqlı qərarlar qəbul edilib.

Belə ki, 17 martda "İnter" - "Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub. Matçın 82-ci dəqiqəsində "İnter" klubunun 72 №-li futbolçusu Giorgi Lomaiaya sarı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edildiyi üçün oyunçuya göstərilmiş sarı vərəqə ləğv edilib.

Qəbul edilən qərarlar arasında ən çox diqqətçəkəni kubokun "Xəzər Lənkəran" - "Qarabağ" oyunuyla bağlıdı. İK qarşılaşmanın 87-ci dəqiqəsində Rəşad Sadiqova göstərilən qırmızı vərəqəni ləğv edib - sarı ilə əvəzləyib.

Baş hakim Vüsal Əliyevin oyunun idarəşiliyində yol verdiyi nöqsanlara görə İK onun haqqında ölçü götürülməsi üçün Hakimlər Komitəsinə tövsiyə verib.


oxunma sayı: 520 | Paylaş:




?>