')

Bu gün:


FutbolPress.Az | PFL "QARABAĞ"IN ŞİKAYƏTİNİ ARAŞDIRIR...

PFL "QARABAĞ"IN ŞİKAYƏTİNİ ARAŞDIRIR...


oxunma sayı: 530 Paylaş:

Dünən Lənkəranda keçirilən ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununda "Xəzər Lənkəran" - "Qarabağ" matçı qalmaqalla başa çatıb.

Baş hakim Vüsal Əliyevin Elnur Allahverdiyev və Rəşad Sadiqovu qırmızı vərəqə ilə cəzalandırması və ümumilikdə oyunun idarəçiliyi Ağdam təmsilçisinin etirazına səbəb olub.

Bununla əlaqədar "Qarabağ" Peşəkar Futbol Liqasına (PFL) şikayət ərizəsiylə müraciət edib. Qurum müraciəti araşdırmağa başlayıb. Məlumata görə, günün sonunadək müraciət əsasında Hakimlər Komitəsi araşdırmalar aparacaq və müraciətə rəsmi cavab veriləcək.


oxunma sayı: 530 | Paylaş:




?>