')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" KUBOKUN YARIMFİNALINDA

"XƏZƏR LƏNKƏRAN" KUBOKUN YARIMFİNALINDA


oxunma sayı: 368 Paylaş:

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Dünən "Bakı" və "Olimpik-Şüvəlan"ın yarımfinala vəsiqə qazandığı məlum olmuşdu. "İnter" - "Neftçi" qarşılaşmasında əbəs yerə favorit tərəf "bankirlər" sayılmırdı. İlk qarşılaşmada Sxadadzenin komandası 3 cavabsız qolla qələbə qazandığndan cütün taleyinə böyük ölçüdə aydınlıq gəlmişdi. Bu gün isə "İnter" üstün oyun nümayiş etdirərək yenə qələbə qazandı və yarımfinalı təmin etdi - 2:1.
"Xəzər-Lənkəran"la "Qarabağ"ın duelində isə vəziyyət qonaqların xeyirinə olduğundan (ilk oyun: 2:1) gərgin mübarizə gözlənilən idi. Oyunun il 20 dəqiqəsini maksimum pressinqdə keçirən cənublular 17-ci dəqiqədə hesabı açdı. Sonrakə dəqiqələrdə Ağasəlim Mircavadovun komandası sistemli oyunu itirdi. Ancaq bu fürsətdən yararlanmaq istəyən rəqib oyunun sonlarına yaxın iki qırmızı vərəqə aldı. Bu amili də daxil etsək, Ağdam təmsilçisinin məğlubiyyəti zəruri oldu. Bununla da kubokun son qalibi titulunu əldən verdi.

17 mart

"Xəzər-Lənkəran" - "Qarabağ" - 1:0
Qollar:
Kristian Kabral, 17
Vərəqələr: Elnur Allahverdiyev, 64; Rəşad Sadiqov, 87 - hər ikisi qırmızı
Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Ramiz Əsədov, Azad Q.Hüseynov, Ceyhun Haşımov
Lənkəran. Mərkəzi stadion
İlk oyun - 1:2


"İnter" - "Neftçi" - 2:1
Qollar: Asif Məmmədov, 27; Girts Karlsons, 55 - Adrian Neaqa, 85 (p)
Baş hakim: Elnur Muradov
Hakim-köməkçilər: Aydın Ələkbərov, Vaqif Musayev, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk oyun - 3:0


oxunma sayı: 368 | Paylaş:




?>