')

Bu gün:


FutbolPress.Az | Ramin Musayevin "şillə" məsləhəti

Ramin Musayevin "şillə" məsləhəti


oxunma sayı: 17298 Paylaş:

FutbolPress
anargerayli@gmail.com

Bizim bu idman mətbuatının tənqidi jurnalistka yükünü incə kürəklərinə şellənən yazarlara min dəfə demişəm ki, (əlbəttə ki, tanıdıqlarıma) ə kişi, futbol aləmimizin gözünün nuru, illərdir Azərbaycan idmanını rövnəqləndirən PFL prezidenti Ramin Musayev zor adamdı, onu tənqid etməyin. Amma mən ha deyirəm, onlar başa düşmür. Elə döşəyirlər Ramin müəllimin qabırğasına. Rəhmətlik Elçibəy demişkən, tapıblar bir üzüyumşaq prezidenti, elə hey tənqid edirlər.

Adamın altında stol var, Ramin müəllimin Azərbaycan futboluna etdiklərini və etmək istədiklərini heç kəs ağlına da gətirə bilməz. Ümumiyyətlə, Ramin müəllim çox unikal adamdı. Hərdən, məzəli-məzhəkəli müsahibələr verir. Adam oxuyub qəşş edir.

Martın 15-i yenə bir müsahibə verib. Müsahibəni oxuyan kimi, bu haqda bir yazı lazım bildim. Amma iki gündü ki, Ramin müəllimin öz müsahibəsində danışdığı prikol söhbətlərinə gülməkdən yazını klaviaturalamağa imkan tapa bilmirdim. Nəhayət ki, gülməyim dayandı.

Nəysə, keçid alım müsahibəni oxuyarkən qəşş elədiyim fikirlərə. Deməli, o boyda PFL-in prezidenti Ramin Musayev müsahibəni götürən həmkarımızın son həftələrdə çempionat oyunlarında baş verən dava-dalaş haqqında sualına gör nə təhər cavab verir, mən ölüm: "Buna münasibətim çox yaxşıdır. Belə şeylər olmalıdır. Maraqlı, gərgin oyun gedirsə, orada dava da düşməlidir, azarkeşlər dalaşmalıdır, ortalıq qarışmalıdır. Oyunlar sakit keçəndə, deyirsiniz, çempionat sakitdir, maraqsızdır. Qoy dava düşsün ki, çempionat da maraqlı olsun. Bu qədər xarici çempionatlarda qalmaqal salırlar, tribunaları yandırırlar, onları heç pis qələmə verən yoxdu".

Afərin, çox pakizə. İndi oğul axtarıram ki, burda qəşş eləməsin (Müəllifin gülməkdən dalağı ağzına gəlir. Yenidən yerinə düşəndən sonra klaviaturaya barmaq atmağa başlayır.). Əziz tamaşaçılar, ehh çaşdım, oxucular, bağışlayın, biraz dalağım ağrıyır, amma bildiyim qədərilə futbolun adambalası kimi oynanıldığı və idarə olunduğu ölkələrdə dava-dalaş hadisəsini şiddətlə qınayırlar. Davakar klublara və futbolçulara ağır cəzalar verirlər ki, birdə o qələti eləməsinlər, futbolun gözəlliyinə xələl gətirməsinlər, nə bilim fair-play zad məsələsi. Əziz tamaşaçılar, ehh çaşdım, oxucular, bağışlayın, biraz dalağım ağrıyır, amma bildiyim qədərilə futbolun adambalası kimi oynanıldığı və idarə olunduğu ölkələrdə dava-dalaş hadisəsini şiddətlə qınayırlar. Davakar klublara və futbolçulara ağır cəzalar verirlər ki, bir də o qələti eləməsinlər, futbolun gözəlliyinə xələl gətirməsinlər, nə bilim fair-play zad məsələsi.

Ancaq Azərbaycan futbolu adambalasıkimilər siyahısına düşmədiyi üçün bizdə bu tip hərəkətlərə elə hərəkətin özü kimi "udarnik" münasibətlər sərgilənir. PFL prezidenti futbola marağın artmasını dava-dalaşın sayında və miqyasında görür. Ramin Musayevin sözündən belə çıxır ki, dava bol olarsa, basılmaz futbol və ya davakar futbolçularımız bu oyuna xüsusi maraq qatırlar. Ətağa, düzdü!

Debil avropalılar da oyun zamanı rəqibini fiziki təzyiqə məruz qoyan futbolçulara elə cəza verir ki, adamlar elədikləri hərəkətə görə it peşmanı olurlar. Ta onlara deyən yoxdu ki, ay başdanmustafalar, Ramin müəllim deyir, dava futbolu maraqlı edir. Nəysə, bütün avropalıların canı cəhənnəmə. Özləri bilsinlər, Ramin müəllimin işi-gücü qurtarıb ki, getsin onlara nəyisə başa salsın?! Ramin müəllim hələ öz futbolumuzu zad eliyir, yəni qayırır, yəni düzəldir.

Yazının elə bu yerində sizə adını demək istəməyən bir sıra şahidin gözü qarşısında olmuş hadisəni ingilis demişkən, taypinq edim. Əhvalatı elə şahidlərin dilindən yazıram. "İnandığın haqqı, ay Anar, təxminən ötən ayın əvvəllərində AFFA-nın binasındaydıq. Bir də gördük yuxarıdan tappaturup səsi gəlir. Tez yüyürüşdük yuxarıya ki, görək nolub?!. Gördük nə, bizim bu Ramin Musayevlə Elxan Məmmədov qırır bir-birini. Sən öl, Anar, bunu qəbrə qoyasan, Ramin məllim Elxanın ənginə nətər razvarot qoydusa, Elxanın əngi rentgenlik oldu. Elə bu dəmdə, Elxan Məmmədov əngini unudub əlini atdı "mobilinə": "Alo, papaşa davay bir dənə təzə loqo çəkək AFFA üçün. Ağlıma elə indicə gəldi. Ramin müəllim sağ olsun, neçə vaxtdı yeni ideya fikirləşirdim, ancaq bir şey çıxmırd...". Sonra da Elxanla Ramin Musayev qol-boyun olub çıxıb getdilər."

Bu əhvalatı eşidəndən bəri bilirəm ki, Ramin Musayev bütün inkişafın, maraqlılığın əsas gücünü və önəmini davada görür. Hətta ehtimal edirəm ki, millimiz Ağasəlim Mircavadov demişkən, Qandurasla oynayanda da Ramin müəllim bütün heyəti Elxan Məmmədovla birlikdə salacaq təpiyin altına. Bəlkə o zaman oyun maraqlı olar.

Bax elə buna görə də, həmişə deyirəm ki, Ramin Musayev yaxşı adamdı, onu tənqid etmək insafsızlıqdı.

P.S. Nəysə, gedim görüm kimi döyürəm. Həyata maraq qatmaq lazımdı, monotonluqdan bezmişəm.

Yazarın bütün yazıları

oxunma sayı: 17298 | Paylaş:




?>