UEFA AFFA-ya RƏHM ELƏDİ
Paylaş:
Məlum olduğu kimi 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün UEFA-nın İntizam Komitəsi AFFA-nı 60 min avro məbləğində cərimələmişdi. Bu problemi UEFA qarşısında qabardan federasiyanın baş katibi Elxan Məmmədov ali qurumun cəzasına "nail olmuşdu". Cəza veriləndən sonra AFFA cərimənin azaldılması ilə bağlı UEFA-nın Apellyasiya Komitəsinə müraciət ünvanlanmışdı. Artıq Apellyasiya Komitəsi qərarını verib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat verir ki, komitənin iclasında bu məsələ müzakirə olunub və cərimənin məbləği 30 min avroya endirilib.
| Paylaş: