"OLİMPİK-ŞÜVƏLAN" VƏ "BAKI" YARIMFİNALDA
Paylaş:
Bu gün Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Artıq ilk yarımfinalçılar müəyyənləşib. "Standard"ın qonağı olan "Bakı" ilk oyundakı uğursuzluğun əvəzini çıxıb. "Bakı"nın heyətində Jaba bir, Aleksandr Soliç isə iki qoluna "Standard" Riçard Riqelmenin bir qoluyla cavab verib. "Bakı" yarımfinalda "İnter" - "Neftçi" cütünün qalibi ilə qarşılaşacaq. Digər oyunda isə "Olimpik-Şüvəlan" "Simurq"u penaltilərlə keçib. Komandalar arasındakı ilk qarşılaşmada hesab açılmamışdı. "Şəfa"da keçirilən cavab matçında da əsas vaxtda qol vurulmadığına görə, qalib penalti seriyasında müəyyənləşib. 16 mart "Olimpik-Şüvəlan" - "Simurq" - 0:0 (penaltilərlə - 4:2) "Standard" - "Bakı" - 1:3
Qollar: Ruslan Qunçak (0:1), Sergey Laşenkov (1:1), David Bolkvadze (1:2), Draqan Mandiç (2:2), Yuri Bulıçev (2:2), Tərlan Xəlilov (3:2), Taras Çopik (3:2), Junivan Suares (4:2)
Baş hakim: Azad Mütəllimov
Hakim-köməkçiləri: Munis Abdullayev, Mübariz Haşımov, Əfqan Həmzəyev
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 0:0
Qollar: Riçard Riqelme, 78 - Jaba, 13; Aleksandar Soliç, 23; 76
Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri: Orxan Məmmədov, Azər Əsgərov, Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun - 1:1
| Paylaş: