')

Bu gün:


FutbolPress.Az | "STANDARD" MÜFLİS OLUNDU

"STANDARD" MÜFLİS OLUNDU


oxunma sayı: 387 Paylaş:

Premyer Liqanın 23-cü turunda baş verən qaydalardan kənar hallara AFFA Nizam-İntizam Komitəsi (NİK) hüquqi qiymət verib.

Qalmaqalla keçən "Olimpik-Şüvəlan" - "Standard" matçında "Standard" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, Oyundan sonra "Olimpik-Şüvəlan" klubunun 17 nömrəli futbolçusu Tərlan Xəlilov, 12 nömrəli futbolçusu Cahangir Həsənzadə, 8 nömrəli futbolçusu Vüsal Qarayev və "Standard" klubunun 5 nömrəli futbolçusu David Çiçveişvili, 3 nömrəli futbolçusu Sergi Orbeladze, 22 nömrəli futbolçusu George Seturidze və "Standard" klubunun inzibatçısı Erkin Məmmədov bir-birlərinə zərbə endirdikləri üçün futbolçuların hər biri 2 oyunluq, inzibatçı isə 4 oyunluq cəzalandırılıb.

Bu hadisə ilə əlaqədar olaraq "Olimpik-Şüvəlan" klubu 6 min manat (hər bir futbolçuya görə 2 min manat olmaqla), "Standard" klubu 10 min manat (hər bir futbolçuya görə 2 min manat olmaqla) manat, inzibatçıya görə 4 min manat) cərimə olunub.

İntizam Komitəsinin iclasında aşkar olunub ki, "Olimpik-Şüvəlan" klubunun məşqçisi Səmədağa Şıxlarov oyunun baş hakiminə heç bir fiziki təsir göstərməyib, sadəcə, oyun epizodlarının biri ilə əlaqədar öz etirazını bildirib.


oxunma sayı: 387 | Paylaş:




?>