"ALEKSANDR MEDVEDEV"DƏN 6 MEDAL
Paylaş:
12-13 martda Belarusda üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Bu yarışda tam heyətlə iştirak edən Azərbaycan komandası ümumilikdə 4 qızıl və 2 bürünc medal qazanıb. Bu medallardan 3-nü (2 qızıl, 1 bürünc) qadınlardan ibarət yığma komandamız əldə edib. Komandamıza qızıl medalları müvafiq olaraq Olesya Zamula (63 kq) və Nadya Sementsova (67 kq), bürünc medalı isə Gözəl Zutova (63 kq) qazandırıb. Bu turnirlə bərabər Belarus paytaxtında yeniyetmə güləşçilər arasında «Medvejonok» beynəlxalq turniri də komandamız üçün uğurlu olub - 2 qızıl və 1 bürünc medal. Kəmalə Əliyeva (49 kq) və Patimat Baqomedova (52 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Aydan Səfərli (46 kq) isə bürünc medalla kifayətlənib.
| Paylaş: