')

Bu gün:


FutbolPress.Az | PFL-lə "OLİMPİK-ŞÜVƏLAN" ARASINDAKI GƏRGİNLİK SƏNGİMİR (İCMAL)

PFL-lə "OLİMPİK-ŞÜVƏLAN" ARASINDAKI GƏRGİNLİK SƏNGİMİR (İCMAL)


oxunma sayı: 577 Paylaş:

Son həftə PFL və "Olimpik-Şüvəlan" klubu arasında gərginlik son həddə çatıb. Qarşılıqlı ittihamlar davam edir. Əvvəli AFFA-nın konfransında səsvermələrdə iştirak üçün adıçəkilən kluba mandatın verilməməsiylə başlayan mübahisəli münasibətin davamı bu gün baş məşqçi Nazim Süleymanovun bayram günlərinə oyun salınmasına etirazı ilə davam edir.

Konfransdan sonra prezident Vaqif Qasımov mətbuata açıqlamasında demi.di ki, kluba mandatın verilməməsini özlərinə qarşı hörmətsizlik sayırlar və məsələylə əlaqədar federasiyaya şikayət olunacaq. Bu sözlərə PFL-in prezidenti Ramin Musayevin cavabı isə belə olmuşdu: "Burda qeyri-adi nəsə axtarmağa çalışırlar. "Olimpik-Şüvəlan"a səsvermə hüququnun verilməməsi təsadüfdü. Bizim PFL olaraq iclasda 10 mandatımız var idi. Onlardan biri mən və 9 klub. Belə olan halda Premyer Liqanın 3 klubu mandatsız olmalı idi".

Bu ərəfədə məlum idi ki, "Turan" və "Karvan" da səsvermədə iştirak hüququ olmayıb. Amma adıçəkilən klublar heç də etiraz etmədilər.

Klubun PFL-ə qarşı növbəti etirazı təqvimlə bağlı oldu. Yenə, heç bir klub etiraz etməsə də, "Olimpik-Şüvəlan" Novruz bayramında oyun günü olmasını qəbul etmədiyini bildirdi. Baş məşqçi Nazim Sülemanov bunları dedi: "Novruz bayramı bizim müqəddəs bayramlarımızdan biridir. Necə olur ki, digər bayramlarda cədvəli dəyişmək fikrinə düşürlər və hətta dəyişirlər, ancaq biz Azərbaycan milli çempionatında çıxış ediriksə və ölkəmizin ən gözəl bayramı Novruzdursa, bu günə oyun salmaq olarmı?"

PFL rəhbəri bu iradı da cavabsız qoymadı: "Mən başa düşə bilmirəm, futbolçu bayram günü oynamasın, mart ayında ümumiyyətlə, meydana çıxmasın, bəs onda futbol nə zaman olacaq? «Olimpik-Şüvəlan»ın oyunu Novruz bayramına düşürsə, lap yaxşı, zəhmət çəkib, elə həmin günü futbollarını oynasınlar. Bir də ki, martın 20-si iş günü hesab edilmir, camaatın futbola baxmağa vaxtı olacaq, gedib «Olimpik-Şüvəlan»ın oyununu stadiondan izləyərlər".

Bu, Musayevin izahı idi. Bəs mübahisənin uzanmaması üçün real çıxış yolu nədi? Əgər Musayev izah olunmadan "oynamalısız" deyirsə, klub bunu özünə qarşı diqtə saya bilər.

Başqa bir məsələ. PFL ötən ilin dekabr ayında bəzi klubların əcnəbi futbolçularının Yeni İl bayramı ilə bağlı analoji xahişinə müsbət cavab verərək təqvimdə dəyişiklik etmişdi. Onda PFL prezidentinin imzaladığı 168 saylı, 14 dekabr 2009-cu il tarixli əmrə əsasən XVII turun bəzi oyunlarının ("Standard" - "Karvan", "Qarabağ" - "Bakı", "Qəbələ" - "İnter", "Muğan" - "Xəzər Lənkəran") vaxtı 1-2 gün əvvələ dəyişdirilərək 24.12.2009 tarixinə keçirildi.

Belə bir vəziyyətin yaranmasında daha çox PFL əsassız təsiri bağışlayır. Qurum heç bir izah olmadan, klubun etirazına amiranə cavab verir. Builki çempionatın təqvimində çatışmazlıqlar çox olduğuna görə, dəyişikliklər də oldu. Yəqin PFL növbəti dəyişiklik etmək istəmir. Amma bu da əsassızdı.


oxunma sayı: 577 | Paylaş:




?>