')

Bu gün:


FutbolPress.Az | AZƏRBAYCANLI "FUTBOL HƏKİMİ" XARİCDƏ İŞLƏYƏCƏK

AZƏRBAYCANLI "FUTBOL HƏKİMİ" XARİCDƏ İŞLƏYƏCƏK


oxunma sayı: 526 Paylaş:

«Şəmkir», «Standard» və «Neftçi» kimi klublarda, eyni zamanda müxtəlif yaş qruplarından ibarət milli komandalarımızda işləyən Rəhim Məhərrəmov bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Əl-Vasl» klubunda fizioterapevt kimi fəaliyyət göstərəcək.

Bu haqda ultrasport.az saytı xəbər verir ki, Məhərrəmov artıq dünən gecə klubun düşərgəsinə qoşulub. Mütəxəssisin özü bu barədə fikirlərini bildirib: «Bir aya yaxındır ki, təklif almışam. Bu müddətdə viza məsələsini yoluna qoyurdum. Mən daha əvvəllər də Əmirliklərdə işləmişəm, odur ki, ora mənim üçün yad məkan deyil».

Rəhim bəy yerli klublardan gələn təkliflər haqda da danışıb: «Bəli, ölkəmizdən də təkliflər var idi. Sadəcə, xaricdə işləyib təcrübəmi daha da artıra bilərəm deyə, bu təklifi qəbul etdim».

Məhərrəmov Azərbaycan futbolunda əksəriyyətdən fərqli, işini həqiqətən bilən və hamının çox yaxşı tanıdığı mütəxəssisin müqaviləsi isə bir il iki ay üçün nəzərdə tutulub. O, müqaviləsinin müddəti qurtarandan sonra yenidən ölkəmizdə fəaliyyət göstərməyin əleyhinə olmadığını da bildirib.


oxunma sayı: 526 | Paylaş:




?>