')

Bu gün:


FutbolPress.Az | TAEKVANDOÇUMUZ DÜNYA ÇEMPİONU OLDU

TAEKVANDOÇUMUZ DÜNYA ÇEMPİONU OLDU


oxunma sayı: 361 Paylaş:

Meksikanın Tixuana şəhərində gənclər arasında taekvondo üzrə Dünya çempionatına start verilib. Yarışda iştirak edən Azərbaycan komandası başlanğıcı qızıl medalla gətirib.

Belə ki, yığmamız yarışın ilk günündə aktivinə bir qızıl medal yazıb. 78 kq-dan yuxarı çəki dərəcəsində döyüşən Aydın Bəhmalov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Çin, ABŞ, Taypey və İordaniyadan olan rəqiblərini üstələyib.

Digər taekvondoçularımız İmran Zalov (55 kq) birinci, Türkanə Tahirli (49 kq) isə ikinci döyüşündə uğursuzluqla üzləşərək, çıxışını başa vurub.


oxunma sayı: 361 | Paylaş:




?>