')

Bu gün:


FutbolPress.Az | NAİL ƏLİYEV YENİ LOQONU BƏYƏNMİR

NAİL ƏLİYEV YENİ LOQONU BƏYƏNMİR


oxunma sayı: 713 Paylaş:

Keçmiş vitse-prezidentin AFFA-nın iclasına tənqidi fikirləri

"Bakı"nın keçmiş vitse-prezidenti Nail Əliyev AFFA-nın yeni loqosunu bəyənməyib. Üstəlik loqoya isterik bənzətmə də edib: "Azəriqaz"ın loqosunu götürüblər, altına AFFA yazıb, ictimaiyyətə təqdim ediblər".

Əliyev loqonun ictimai müzakirəyə çıxarılmadan qəbul olunmasını düzgün saymır. Onun fanat.az saytına açıqlamasından aydın olur ki, federasiyanın iclasından tamam narazıdı: "Əgər belə bir fikirləri var idisə, əvvəlcədən konkurs elan edəydilər. Orda rəssamlar, mütəxəssislər iştirak etməli və firkir bildirməlidi idi. Amma bunlar "Azəriqaz"ın loqosunun altına AFFA yazıb, adını da qoyublar ki, yeni loqo yaratdıq".

Əliyev kubokun reqlamentinin dəyişdirilməsinə də etiraz etdi: "Mən başa düşmədim ki, dünən onlar nəyi müzakirə etdilər. Konfransda çox vacib məsələlər müzakirə olunmalı idi. Ən əsası da "altılıq" sistemi ləğv olunmalıdır. Çünki bu sistem özünü doğrultmur, başdan-ayağa avantüradı. Vaxtında bu sistemdən imtina etmək lazımdı. Kuboka gəlincə, belə bir sistemin haradan götürüldüyünü bilmirəm. Kubokun gözəlliyi nəticənin iki oyunda müəyyənləşməsidi. Amma bunlar oyunların sayını daha da azaldırlar. Əslində nə etdiklərini özləri də bilmirlər. Özlərindən illüziya yaradırlar. Belə addımlar atmaqla iş gördüklərini göstərməyə çalışırlar. Elə "altılıq" sistemi də belə yaranmışdı. İş gördüklərini göstərmək üçün ağıllarına gələni edirlər".


oxunma sayı: 713 | Paylaş:




?>