')

Bu gün:


FutbolPress.Az | DÜNYA KUBOKU SABAH BAŞLAYIR

DÜNYA KUBOKU SABAH BAŞLAYIR


oxunma sayı: 490 Paylaş:

Sabah Moskvada sərbəst güləş üzrə Dünya Kubokuna start veriləcək. Yarışda tam heyətlə iştirak iştirak edəcək yığma komandamız dünən ilk məşqinə çıxıb.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə 1 saatlıq yüngül məşq ediblər. Azərbaycanı bu yarışda Yaşar Əliyev (55 kq), Azər Paşayev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Aqil Quliyev (74 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Nauruz Temrezov (84 kq), Cəmaləddin Maqomedov (96 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq), Toxtar Temrezov (120 kq) təmsil edəcək. Yarışın püşkatma mərasimi bu gün keçiriləcək.


oxunma sayı: 490 | Paylaş:




?>