')

Bu gün:


FutbolPress.Az | "QALATASARAY" ARDANI VERİB, RONALDİNYONU ALACAQMI?

"QALATASARAY" ARDANI VERİB, RONALDİNYONU ALACAQMI?


oxunma sayı: 449 Paylaş:

Joao Silva (Jo), Lukas Neil və Dos Santosun transferlərində həlledici rol oynayan "Qalatasaray"ın baş meneceri Haldun Üstünəlin növbəti cəhdi Ronaldinyodu. Türkiyə ictimaiyyətində bu transferin gerçəkləşməsinə inam az olsa da, Üstünəlin bu işdə uğurları ümidləri xeyli artırıb. Hətta prezident Adnan Polat klubun buyaxınlarda keçiriləcək idarə heyətinin geniş toplantısını, "Ronaldinyonun transferi yekunlaşdı..." xəbəriylə açmaq niyyətini ortaya qoyub. Buna görə, işin reallaşması üçün mümkün bütün vasitələrdən istifadə olunur.

Üstünəl bu ayın əvvəllərində işdən məzuniyyət götürüb xanımıyla İtaliyaya istirahət adıyla getsə də, "Milan"ın oyunlarını izləyib və klubun vitse-prezidenti Adriano Qalyani və idman direktoru Ariedo Breydayla görüşüb. Üstünəl onlarla şam yeməyində birlikdə olub və məqsədinə doğru ilkin təması uğurla qurub.

Türkiyə mətbuatının məlumatına görə, ilkin danışıqlarda Ronaldinyonun "Qalatasaray"a transferinin mümkünlüyü qeyd olunub və şərtlər müzakirə edilib. Braziliyalının əvəzinə Elano və 5 milyon avrodan çox pul istəyən "Milan" transferin reallaşması üçün son nöqtəni Arda Turanın da onlara verilməsində görüblər.

Bu şərtlərlə transfer baş tutacaqmı? Böyük ehtimalla martın 27-də keçiriləcək seçkilərədək Adnan Polat 30 yaşlı ulduzun transferinin reallaşdığını elan edib, "Qalatasaray"ın iddiasını ortaya qoymaq və seçkidə müsbət rəy qazanamağa görə, bu addımı ata bilər.

Xatırladaq ki, Aslantəpədə inşa edilən "Sarı-qırmızılıların" yeni stadionu- "Türk telekom" artıq yeni mövsümə hazır olacaq. Bu işlərdə böyük əmək sərf edən Polat Ronaldinyonun tarnsferiylə böyük dəstəyə sahib olmaq istəyir.

Ronaldinyonun "Milan"da illik məvacibi 6.5, reklam və s. gəlirlərlə birlikdə isə qazancı 10 milyon avroya çatır.


oxunma sayı: 449 | Paylaş:




?>