')

Bu gün:


FutbolPress.Az | "OLİMPİK-ŞÜVƏLAN" NOVRUZ BAYRAMINDA NƏ EDƏCƏK?

"OLİMPİK-ŞÜVƏLAN" NOVRUZ BAYRAMINDA NƏ EDƏCƏK?


oxunma sayı: 393 Paylaş:

Paytaxtın 4 təmsilçisindən biri "Olimpik-Şüvəlan" Peşəkar Futbol Liqasına məktub göndərib xahiş edib ki, təqvimdə dəyişik olsun. Klub Novruz bayramına düşən "Simurq"la oyunu vaxtının dəyişdirilməsini istəyib.

"Premyer Liqanın XXIV turunun oyunlarının xalqımızın milli bayramı - Novruz bayramına təsadüf etməsi ilə əlaqədar "Olimpik-Şüvəlan" PFK-nın məşqçi və futbolçu heyəti klub rəhbərliyinə müraciət edib. Həmin müraciətdə onlar milli bayramı ailə üzvləri ilə birlikdə qeyd etmək arzusunu əsas tutaraq XXIV turun "Simurq" - "Olimpik-Şüvəlan" oyununun bir qədər gec tarixdə keçirilməsi haqda PFL qarşısında məsələ qaldırmağı bizdən xahiş ediblər.

Yuxarıda deyilənləri nəzərə alaraq sizdən xahiş edirik ki, XXIV turun "Simurq" - "Olimpik-Şüvəlan" oyununun 23.03.2010-cu il tarixdə keçirilməsi məsələsinə baxıb müvafiq qərar çıxarasınız", deyə "Olimpik-Şüvəlan"ın məktubunda qeyd olunur.
Qeyd edək ki, XXIV turun oyunları martın 20-21-nə təyin olunub.


oxunma sayı: 393 | Paylaş:




?>