')

Bu gün:


FutbolPress.Az | AZƏRBAYCAN ÜÇÜN VANKUVER "MACƏRASI" BİTDİ

AZƏRBAYCAN ÜÇÜN VANKUVER "MACƏRASI" BİTDİ


oxunma sayı: 457 Paylaş:

Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən qadın dağ xizəkçisi Qaya Bassani-Antivari slalom növündə çıxışını başa vurub. ilkin mərhələdə 66-cı yeri tutan İtaliya əsilli idmançımız ikinci mərhələdə 57-ci olub. O, bu nəticəni 68 iştirakçı arasında qazanıb.

Antivari iki yürüşün cəmində 2 dəqiqə 56,87 saniyə nəticə göstərib. İlkin mərhələdə 1 dəqiqə 30,82 saniyəyə dəf edən dağ xizəkçimiz ikinci mərhələdə nisbətən yaxşı çıxış edib - 1 dəqiqə 26,05 saniyə.

Bu idman növü üzrə almaniyalı Viktoriya Rebensburq olimpiya çempionu olub.
Qeyd edək ki, bundan əvvəl dağ xizəkçiliyinin nəhəng slalom növündə kişi idmançımız Sedrik Nots çıxış edib və 72-ci yeri tutub.

Xatırladaq ki, Qaya zədə səbəbindən yarışa qatılmaq ehtimalı çox az idi. Ancaq son anda qərara alınıb ki, mübarizəyə qoşulsun.


oxunma sayı: 457 | Paylaş:




?>