"RABİTƏ" "DÖRDLƏR FİNALI"NA ÇIXIB
Paylaş:
Bakının voleybolçu qadınlardan ibarət "Rabitə" klubu Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb. CEV kuboku turnirinin 1/4 final mərhələsində səfərdə Türkiyənin "Əczaçıbaşı" klubuna məğlub olmasına baxmayaraq, ilk oyunda qazanılmış qələbə təmsilçimizə növbəti mərhələyə keçməyə imkan verib. Bakıda keçirlmiş ilk qarşılaşmada 3-0 hesabı ilə qələbə qazanan "Rabitə" üçün səfər oyununda cəmi bir setdə qələbə lazım idi. Komanda oyuna bu prinsipdən yanaşaraq elə bir setdə qalib gəlməklə kifayətlənib. Görüş 3:1 hesabı ilə Türkiyə klubunun xeyrinə başa çatıb. İlk iki setdə 25-23 və 25-17 hesabları ilə məğlub olan "Rabitə" üçüncü setdə 25-21 hesabı ilə lazım olan bir xalı əldə edə bilib. Sonuncu set də 25-21 "Əczaçıbaşı"nın xeyrinə yekunlaşıb. /ANS PRESS/
| Paylaş: