"NEFTÇİ" "BAKI"YA QALİB GƏLİB
Paylaş:
Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında XIX turdan təxirə salınmış bir oyun keçirilib. Təsnifat mərhələsinin son oyununda "Neftçi" və "Bakı" qarşılaşıb. "Neftçi" doğma meydanda rəqibini 4:2 hesabı ilə məğlub edib. Əvəzedicilərin çempionatı Neftçi - Bakı 4:2
Əvəzedicilərin çempionatının final mərhələsində "Qarabağ" (22 qızıl xal), "İnter" (18), "Neftçi" (16), "Bakı" (12), "Qəbələ" (10) və "Muğan" (9) ilk "altılıq"da mübarizə aparacaq. "Turan" (23 qızıl xal), "Xəzər Lənkəran" (21), "Simurq" (14), "Olimpik-Şüvəlan" (14), "Karvan" (7) və "Standard" (5) isə ikinci "altılıq"da yarışacaq.
XIX tur
24 fevral
Qollar: Kamil Nurəhmədov, 7. Azər Məmmədov, 62. Nicat Qurbanov, 63. Ağabala Ramazanov, 71-pen - Tural Qürbətov, 15. Nurlan Novruzov, 19.
| Paylaş: