VANKUVERDƏ YAGANƏ TƏMSİLÇİMİZ 72-Cİ YERİ TUTDU
Paylaş:
Kanadanın Vabkuver şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Sedrik Nots dünən mübarizəyə qoşulub. Dağ xizəkçimiz ilkin mərhələni 1 dəqiqə 30,78 saniyəyə qət edərək finala çıxıb. İkinci mərhələdə isə idmançımız 1 dəqiqə 35,20 saniyə nəticə göstərib. İki göstəricinin nəticəsində Nots 89 iştirakçı arasında 72-ci yerə çıxıb. Beləliklə, olimpiada Azərbaycan üçün belə yekunlaşdı. Xatırladaq ki, Vankuverdə digər təmsilçimiz dağ xizəkçisi Qaya Bassani Antivari məşq zamanı zədələndiyi üçün yarışlardan kənar qalmışdı. Davam edən yarışlarda indi ilk pillədə ABŞ komandasıdı. Onlar 7-si qızıl, 9-u gümüş, 10-u bürünc olmaqla ümumilikdə 26 medal qazanıblar. İkinci pillədəki Almaniyanın da «qızıl» sayı 7-dir. 9 gümüş və 7 bürünc medal qazanmış almanlar ümumilikdə 23 mükafata sahibdirlər. Üçüncü pillədə Norveç komandasıdır • 6 qızıl, 5 gümüş və 6 bürünc (ümumilikdə 17 medal).
İlk beşliyi Kanada (6-4-1) və İsveçrə (6-0-2) qapayır.
| Paylaş: