')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! XAQANİ MƏMMƏDOV FARİZ YUSİFOV VƏ VÜSAL ƏLİYEVİN QARŞISINA HANSI ŞƏRTİ QOYDU?

EKSKLÜZİV! XAQANİ MƏMMƏDOV FARİZ YUSİFOV VƏ VÜSAL ƏLİYEVİN QARŞISINA HANSI ŞƏRTİ QOYDU?


oxunma sayı: 598 Paylaş:

Əgər onlar tələbə əməl edə bilməsələr, hakimlikdən uzaqlaşdırılacaqlar

Etibar elədiyimiz məlumatlı mənbə bu dəfə hakimlikdən xəbər verdi. PFL-in rəhbəri Ramin Musayevin davamlı tənqidlərdən sonra mətbuata "Gəlin, danışaq, problemləri üzbəüz deyək" deməsindən sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmədov da deyəsən, bu cür düşünməyə, işləməyə başlayıb.

Məlumata görə, komitə sədri iki FİFA dərəcəli hakimin qarşısına konkret şərtlər qoyub. Çarəsi daha təcrübəli beynəlxalq dərəcəli hakimlər Vüsal Əliyev və Fariz Yusifova güvənməyə qalan Məmmədov əvəzində heç bir irəliləyişin olmadığını görüncə, məsələni konkretləşdirmək qərarına gəlib.

Beynəlxalq oyunlara dəvət almamaq bir yana, ölkə çempionatında idarə etdiyi oyunlarda səhvləri sıralayan hər iki hakimə ultimatum verilib. Əgər sentyabradək onlar III kateqoriyaya adlaya bilməsələr, onda hakimlikdən kənarlaşdırılacaqlar.

Bu cür sərt tələb həmçinin Anar Salmanovun qarşısına da qoyulub. Yusifova və Əliyevə nisbətən daha gənc olan Salmanov III kateqoriyaya yüksəlmək üçün daha çox vaxtı və şansı olduğuna görə, ondan müəyyən addımlar atması tələb olunub.

Xatırladaq ki, müstəqillik dövründə III kateqoriyaya adlayan yeganə hakimimiz hazırda məlum olmayan səbəbdən işindən uzaqlaşdırılan Babək Quliyev olub.


oxunma sayı: 598 | Paylaş:




?>