')

Bu gün:


FutbolPress.Az | Futbol tarixindən kollaj

Futbol tarixindən kollaj


oxunma sayı: 1320 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

Yenə növbəti yazının həyəcanı ilə gözlərimi monitora dikib, klaviatura ilə küsülü əllərimə baxırdım. Nə yazım görəsən? Uzun illər yalnız ədəbiyyatla, daha doğrusu, sırf poeziyayla məşğul olmuş birinin futbolun satirik tərəfləri haqqında yazması Tərlan Əhmədovun bir dəfə öz qapısına qol vurmaması qədər çətindi. Bir də içimdəki daha başqa bir sıxıntı mən belə həyəcanla yazarkən "görəsən oxunurmu?"- bu yazılar sualıydı. Oxunursa bəyənilirmi? Yazı əlbəttə ki, qəribə məsələdi. Məsələn, paltarsatan satıcı düşünməz ki, satdığı paltarı onu alan müştəri istifadə edə biləcəkmi, onu isti saxlayacaqmı və s. Amma yazı oxunmaq istəyir. Və həm də az da olsa bəyənilmək.

Keçək sayıqlamalarımıza.

1. Azəri variantı.

Apardığım araşdırmalar nəticəsində bu qənaətə gəldim ki, keçmiş ingilitərəli futbolçu Pol Qaskoyn hardasa azərbaycanlıdı. Ona görə yox ki, onun soyadının sonun qoyun sözüylə qafiyələnir. Ona görə, futbol tarixində onunla bağlı elə faktlar var ki, bunu azərbaycanlıdan başqa heç kim eləməz. Amma Pol eləyib. Məsələn, bir oyunda Pol (Pol onun adıdı, döşəmə demək deyil!) hakimin cibindən düşürdüyü sarı kartı gizlincə, götürüb cibinə qoyub. Oyunun axırında cibindən sarı kartı çıxardıb hakimə kart göstərib.Hakim də ona qırmızı kart göstərib, qovub. Rəsmi mənbələrdə qeyd olunmasa da, mən əminəm ki, Pol hakimə hətta belə də deyib: "Nə olub e, mırtdaşırdım da... İncidin? İnciyənin uqlavoyuna".

2. Atış gəlmək.

Türkiyənin Kastamonu şəhərinin həvəskarlar liqsında oynayan "Ormanspor" komandası hakimi məhkəməyə verib. Növbəti həftə yenə oyunlarına həmin hakimin verildiyini görən futbolçular oyunun 20 dəqiqəsində yalandan deyiblər ki, hamımız zədələnmişik. Beləliklə, oyunu yarımçıq qoyublar.

3. Protest.

İspaniyanın 3-cü liqa komandası "Leqanes"in futbolçuları bizim təqaüdçülər kimi uzun müddətdi maaşlarını ala bilmirlərmiş. Onlar qərar gəliblər ki, müdiriyyətə etiraz eləsinlər. Mırt bir vriant tapıblar. "Atletik" ilə oyunda stadionun özlərinə aid hissəsində diz çökərək dayanıblar. Rəqib komanda da onların bu hərəkətinə hörmət göstərərək və yəqinki, düşünərək ki, "sabah bizim də başımıza gələ bilər, Allah eləməmiş" stadionun özlərinə aid hissəsində özləri üçün paslaşıblar.

4. Gəyirmək.

Yenə Pol haqqında... Pol "Latsio"da oynadığı vaxtlar bir TV kanalın ona ünvanladığı suala gəyirərək cavab verib. Ona 9 min dollar cəza veriblər. Mən bu qərarı eşidəndə hirsləndim, bəlkə Pol həmin gün Şirzadın kafesində piti yeyibmiş? İnsandı da, ola bilməz?

5. Göbək rəqsi.

Bir pozisiyada cərimə gözləyən "Rizəspor"lu Cumhur hakimin "heç nə yoxdu ,oyna" sözünə qarşılıq, başlayıb göbək rəqsi oynamağa. Oyundan sonra Cumhur, "Hakim oyna dedi mən də oynadım"- deyib. Allah ağıl versin!

Yazarın bütün yazıları

oxunma sayı: 1320 | Paylaş:




?>