')

Bu gün:


FutbolPress.Az | BÜLƏNT UYĞUN «NEFTÇİ»DƏN NƏ QƏDƏR PUL İSTƏYİB?

BÜLƏNT UYĞUN «NEFTÇİ»DƏN NƏ QƏDƏR PUL İSTƏYİB?


oxunma sayı: 438 Paylaş:

«Neftçi»nin boş qalmış baş məşqçisi postuna xeyli namizəd versiyası yaranıb. Onlardan biri də Bülənt Uyğundu. Dünən bu barədə xəbər vermişdik ki, türkiyəli məşqçinin "Neftçi"yə gətiriləcəyi böyük ehtimaldı.

Ümumiyyətlə, Uyğunun «Neftçi»də işləmək ehtimalının hələ qış fasiləsi dövründə olub. Həmin vaxt, bir qədər dəqiq desək, yanvarda Türkiyədə toplanışda olarkən paytaxt klubunun rəsmiləri Uyğunun meneceriylə görüşüblər. Müzakirələrin çox davam etməməsinə səbəb Büləntin istədiyi məbləğin pulun klub rəsmilərinə çox görünməsi olub. Bu barədə ultrasport.az saytı xəbər verir ki, Türkiyəli bir il üçün «Neftçi»dən 500 min avro istəyib ki, bizimkilər bu məbləğə razılaşmayıblar.

Mütəxəssis özü «Xəzər TV»nin efirində canlı telefon bağlantısı zamanı «Neftçi» rəhbərliyi ilə hələ ilin əvvəlində təmaslarının olduğunu, ancaq sonradan dialoqun inkişaf etdirilmədiyini etiraf edib.

Deyilənə görə, o vaxtdan türk mütəxəssilə danışıqlara xitam verən klub rəhbərliyi hazırda bu məsələni müzakirə belə etmir. Saytın özəl məlumatına görə, yalnız Sadıq Sadıqovun istədiyi halda Bülənd Uyğunla danışıqların bərpasının mümkünlüyündən də danışdı.


oxunma sayı: 438 | Paylaş:




?>