')

Bu gün:


FutbolPress.Az | İNTİZAM KOMİTƏSİ İNTİZAMSIZLIQLARA BAXDI

İNTİZAM KOMİTƏSİ İNTİZAMSIZLIQLARA BAXDI


oxunma sayı: 332 Paylaş:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın XXII turunda baş bəzi iubtizamsızlıqlara cərimələr kəsilib.

Belə ki, "Qəbələ" və "Karvan" ona görə 1000 manat cərimə edilib. "Qəbələ" "Standard"la oyunda 4, "Karvan" isə "Xəzər Lənkəran"la oyunda 5 futbolçusu sarı vərəqə aldığndan cəzaya məruz qalıb.

Federasiya "Şəfa" stadionunun rəhbərliyinə xəbərdarlıq edib. Belə ki, "Olimpik-Şüvəlan" - "Qarabağ" matçının keçirildiyi meydançada "İnter" məşq etdiyi üçün meydança komandaların ixtiyarına oyunun başlamasına 1 saat qalmış verilib.

Bu səbəbdən də AFFA "Şəfa" stadionunun rəhbərliyindən matçın başlanmasına ən azı 2 saat qalmış meydançanı qarşılaşmanın keçirilməsi üçün təmin etməyi tələb edib.

Komitə həmçinin "Xəzər Lənkəran"ı cəzalandırıb. "Karvan"la oyunda UniBankın reklam bannerinin Lənkəran şəhər stadionuna yerləşdirilməməsinə görə ötən tur kluba edilən xəbərdarlıq bu dəfə cəriməylə əvəz olunub. "Xəzər Lənkəran" 2000 manat cərimələnib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi ötən həftə "Xəzər Lənkəran"a bununla bağlı xəbərdarlıq etmişdi. Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov isə stadionda əlavə banner yerləşdirmək üçün yerin olmadığını və digər reklamçıların hüquqlarını pozmayacaqlarını bildirmişdi.


oxunma sayı: 332 | Paylaş:




?>