')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN"IN FAN KLUBLARI BAŞ VERƏNLƏRƏ MÜNASİBƏT BİLDİRDİ (SORĞU)

"XƏZƏR LƏNKƏRAN"IN FAN KLUBLARI BAŞ VERƏNLƏRƏ MÜNASİBƏT BİLDİRDİ (SORĞU)


oxunma sayı: 1694 Paylaş:

"Belə bir şey olsa, stadionun 99%-nin əlində biçarə qalarlar" 

Premyer Liqanın X turunun "Bakı" ilə səfər oyununda etdiyi kobud səhvə görə, "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev cəzalandırıldı. O, rəhbərliyin qərarı ilə kapitan sarğısından məhrum edildi. Bundan əlavə, qolkiperin əvəzedici heyətə göndərilməsi ilə bağlı xəbərlər yayıldı. Ancaq rəhbərlik məlumatı inkar etdi.

Daha sonra komandanın baş məşqçisi Mirça Rednik verdiyi qərara münasibət bildirərək, əslində bunun neçə vaxtdı davam edən prosesin kuliminasiya nöqtəsi olduğunu dedi. Rumın çalışdırıcı boş-boş danışan yox, məşqi yarıda qoyub acıq etməyən, komandanı arxasınca aparan kapitanın lazımlığını vurğuladı.

Rednikin bu qərarını dəstəkləyənlər də oldu, Kamranın müdafiəsinə qalxıb baş məşqçini istefa ilə hədələyənlər də.

Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın fan klublarına müraciət etdik. Onlardan Mirça Rednikin verdiyi qərara münasibətlərini öyrəndik.

"12-ci oyunçu", İslam Cabbarlı: "Mirça Rednikin klub rəhbərliyi ilə birgə verdiyi qərarı dəstəkləyirik. Yaxşı ki, ancaq kapitan sarığısı əlindən alındı, artıq cəza tətbiq olunmadı. "Xəzər Lənkəran" rəhbərliyi bunu sivil qaydada etdi. Tam normal bir qərardı. Buna qarşı çıxmaq özü anormallıq olardı. O ki qaldı Redniki istefaya səsləmək, məncə bu baş verməyəcək. Əgər belə bir şey olsa, stadionun 99%-nin əlində biçarə qalarlar. Komandanı turnir cədvəlində lider edən çalışdırıcıya qarşı bu cür hərəkət etmək düzgün deyil. Kimsə istefa qışqırsa, azarkeşlər tərəfindən qarşısı alınacaq".

"Fırtına" fan klubu, Rəvan Bəşirov: "Fan klubumuz bu qərarı tamamilə haqlı sayır. Düzdü, Kamran bizim sevimli oyunçumuzdu, güclü qolkiperdi. Buna baxmayaraq, komandanın səhv və ya doğru qərar verən baş məşqçisi var. Bu, müzakirə olunmazdı. O da klub və azarkeşlər qarşısında məsuliyyət daşıyır. İndiyə qədər bir neçə məşqçi olub ki, bəyənməmişik. Hətta eləsi var idi ki, ona piş şəkildə kəskin reaksiya vermişik. Bu günə kimi ən çox dəstəklədiyimiz məhz Mirça Rednikdi. O, "Xəzər Lənkəran"a sadiq bir insandı. Həm də etdiyi bütün işlərdən razıyıq. Oyunda da onu istefaya səsləmək qəti sürətdə olmayacaq. Biz bunun əleyhinəyik. Niyə? Səbəb nədi axı? Kamran olmasa, "Xəzər Lənkəran" olmayacaq?! Lazım gəlsə, başqa oyunçulara da cəza tətbiq edə bilər. Bilirsiz necədi, xarici futbolçuların psixologiyası bizimkilərdən fərqlidi. Onlara qarşı artıq hərəkət edəndə ruh düşkünlüyü yaranır. Bu da birbaşa komandanın oyunlarına və göstərdiyi nəticələrə pis təsir edir. Zəncirvari baxsaq, görün xırda bir məsələdən nələr baş verə bilər. Adi bir intizamsızlıq və ya anlaşılmazlıq çempionluq yolunda ciddi fəsadlar törədəcək. Ona görə də biz Rednikin arxasındayıq".

"Bosman" fan klubu, Mirhafiz Babayev: "Verilən cəza düzgündü. Biz Kamranla düşmən deyilik. Onu yaxşı oyunçu olduğuna görə, Azərbaycanda az-az yetişən güclü qapıçı kimi dəyərləndiririk. Ancaq gərək belə hərəkətlərə yol verməsin. Çünki bunlar onu uçuruma aparır. Özünə qiymət qoymalıdı. "Ulduz xəstəliyi" onun karyerasına çox mənfi təsir göstərə bilər. Ona görə də işinə peşəkarcasına yanaşmalıdı. Kamran bu cəzadan dərs çıxarmalıdı. Mirça Rednikin qərarını dəstəkləyirik. Komandanı lider edən baş məşqçidən hansı məntiqlə narazı ola bilərik? "Xəzər Lənkəran" meydanda sözünü deyir, azarkeşlər də bundan çox razıdı. Onun istefaya çağırılmasına imkan vermərik.

"Caspian Ultras" fan klubu, Tural Əlizadə: "Kamranın cəzalandırılması ilə tam olaraq razılaşmırıq. Hazırda o, psixoloji baxımdan çox yüklənib. İstəməzdik ki, belə olsun. Daha tez toparlanmağını gözləyirik. Mirça Rednikin rəhbərliklə birgə verdiyi qərara hörmətlə yanaşırıq. Onu istefaya səsləmək düzgün deyil. Əgər stadionda belə bir şey baş versə, narazılığımızı bildirəcəyik".

Asəf ZEYNALLI


oxunma sayı: 1694 | Paylaş:




?>