')

Bu gün:


FutbolPress.Az | CÜDO YIĞMAMIZ DÜSSELDORFDA İFLASA UĞRADI

CÜDO YIĞMAMIZ DÜSSELDORFDA İFLASA UĞRADI


oxunma sayı: 343 Paylaş:

Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Qran-Pri turnirində iştirak edən Azərbaycanın cüdo yığması uğursuz çıxış edib. Lisenziya xarakterli yarışa qatılan 6 idmançımızdan heç biri medal qazana bilməyib.

Turnirdə çıxış edən idmançılarımızdan yalnız Elxan Məmmədov (90 kq) medal qazanmağa yaxın olub. O da 1/4 finalda mübarizəni dayandırıb. Onun yarımfinala gedən yolunu yaponiyalı Yuya Yoşida kəsib.

Digər təmsilçilərimiz - İlqar Müşkiyev (60 kq), Sərxan Əhmədov (66 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100 kq) daha zəif təsir bağışlayıblar. Turnirdə olimpiya çempionu Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyevin çıxışı gözlənilsə də, bu baş tutmayıb. Yekunda Azərbaycan yığması 45 kollektiv arasında 27-33-cü yerləri bölüşdürüb.


oxunma sayı: 343 | Paylaş:




?>