')

Bu gün:


FutbolPress.Az | "Böyük oyun"da...

"Böyük oyun"da...


oxunma sayı: 1522 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

O günləri "Neftçi" - "Xəzər Lənkəran" oyununa baxmağa necə həvəslə getmişdimsə o cür də peşiman oldum. Səbəb ənənəvi idi: öz fanatlarıyla fəxr edən iki klubun idbar azarkeşliyi.

Oyun qalıb bir yanda, fikrim gedib Lənkərandan və ümumiyyətlə cənub bölgəsindən gələn xəzərsevərlərlə neftçisevərlərin "sevişməsinə"...

Tanış-biliş yazarlardan da eşitmişdim, özümə də əyan olmuşdu ki, bu oyun əvvəldən qola "hamilə" qalmayıb. Məqsədim tam başqa- "Böyük oyun" deyilən bu zadın nə boyda olmasına tamaşa eləmək, özümçün qeydlər aparmaq idi. Keçən il də bu oyun haqda yazmışdım - "Futbol-Press" qəzetinin yaşayan vaxtlarında.

Düzdü, futbolumuzdakı proseslərlə yaxından maraqlanmıram, buna görə FutbolPress-çilərdən mənə heç bir qınaq da gəlmir. İşim-gücüm arabir gördüyüm, eşitdiyim maraqlı əhvalatlar barəsində köşələrimdə söhbət açmaqdı ki, şükür Allaha, oxucularım da özünü dağa-daşa vuran Xəndanın və Elçinin birlikdə oxucusundan çoxdu. Sözüm onda yox.
Xəzər qaz! Xəzər qaz!! Xəzər qaz!!!
Neftçi qaz!! Neftçi qaz!!! Neftçi qaz!!!!

Gördüyünüz kimi, nida işarələrinin sayı tədricən çoxalır. Xüsusən, "Neftçi"nin adı qarşısında Xəzərə nisbətən nidaların sayının müvafiq olaraq çox olmasının da səbəbi var. Yəni bir tərəf bağırır, digər tərəf ondan daha mükəmməl bağırmağa çalışırdı.

Beləcə, jurnalistlərin "Böyük oyun" adı verdiyi mənasız bir oyuna tamaşa etməkdəydim. Rəfiqəm də bu tərəfdən qulaqlarımı "mazol" eləmişdi - filan futbolçu hansısa "yevropa" futbolçusuna oxşayır - deməkdən. Hələ arada...
Neftçi..., ......! Neftçi...!
Xəzər... (...) ........! Xəzər...!

....deyənlər də olurdu. Oyunda bir dəfə də olsun qol epizodu yaranmadığına görə, təhlükəli epizod olmadığı üçün, sudya......, .......! deyən olmamışdı. Elə ki, "Neftçi" kombinasiyalı hücum qurub qol vura bilmədi, hamı ayaq üstə bu komandanın bir qəpiklik oynamadığının şahidi oldu və əyləşdi... Birinci taym bu minvalla bitdi.

İkinci taymda Vaqif Sadıqov futbolçularına taktiki gedişləri, dəyişiklikləri izah etməkdənsə 100% əminəm ki, "Uşaqlar! Oyunu udun, premiya alaq!"- deyə manıs demiş, komandaya motivasiya vermişdi. Sadıqov Azərbaycanın ən savadlı məşqçisi adını elə-belə qazanmayıb...

Taym başladı. Komandalar da başladı "saçokluq" eləməyə. Arada sudya nəsə, istədi ki, "Neftçi"yə "podderşka" versin. Bu məqamda xəzərlilər tərəfindən dərhal atəşkəs pozuldu: Sudya... ...., ....! (....: .....?! ..!) ....!? və s. və i. bu kimi şeylər. Açığı, sudyaya yazığım gəldi və yanımdakı manısdan onun adını soruşdum. Dedi Fariz Yusifovdu. Dedim, ə, bu yazığın günahı nə oldu axı? Manıs cavab verdi ki, fiti çox yüksəkdən çalıb fanatların əsəblərinə mənfi təsir elədiyinə görə, arabir olur belə şeylər. Əsas odu ki, sən ürəyini sıxma, sudyalar söyüşə inanmır...

Hesab açılmaq bilmir ki bilmir. Əsəblər tarıma çəkilməkdədi. Birdən nə oldusa, bizdən azca aralıda ayaq üstə dayanan "Neftçi" administrasiyasının ən müasir söyüş növləri üzrə kursunu fərqlənmə diplomuyla bitirmiş üzvləri bül-bül kimi ötdülər. Bunu da dəqiqləşdirdim. Dedilər, bunlar həmişə belədi. Birdən nəsə olur, başlayırlar....

Oyunun sonu yaxınlaşmaqda idi. Hər iki tərəfin fanatları məmnun görünmürdü. Buna görə, xəzərliləri bir az başa düşmək olardı, amma yarış cədvəlində itib-batan, sudyaların güclə ağ günə çıxardığı "Neftçi" tərəfdarlarının bu mərəkəsi anlaşılan deyildi. Beləcə rəhmətlik Tofiq Bəhramovun adına stadionu tərk elədim. Əgər "Neftçi" udsaydı, gedib Tahir Süleymanovla görüşərdim, təbrik eləyərdim (Bilirəm, çoxdandı görmək istəyir məni). Amma həmişəki kimi, Tahir müəllim məni görmədi getdi...

Yazarın bütün yazıları

oxunma sayı: 1522 | Paylaş:





?>