')

Bu gün:


FutbolPress.Az | VANKUVERƏ GEDƏN İKİ İDMANÇIMIZDAN BİRİ ZƏDƏLƏNİB

VANKUVERƏ GEDƏN İKİ İDMANÇIMIZDAN BİRİ ZƏDƏLƏNİB


oxunma sayı: 619 Paylaş:

Vankuver Qış Olimpiya Oyunlarında iki idmançıyla təmsil olunan Azərbaycan komandası uğursuzluğa düçar olub. Dağ xizəkçiliyinin slalom və nəhəng slalom növlərində ölkəmizi təmsil etməsi nəzərdə tutulan Qaya Bassani Antivarinin Olimpiadadan medal qazanmaq ümidləri puç olub.

O, məşq vaxtı zədələnib və nəticədə dizi şişib. Hazıda həkim nəzarəti altında olan İtaliya əsilli qadın idmançının fevralın 24-də keçiriləcək nəhəng slalom yarışından kənarda qalacağı dəqiqləşib.

31 yaşlı idmançının bundan 2 gün sonra baş tutacaq slalom yarışına qatılması isə böyük sual altındadı.

Eyni növlərdə çıxışı planlaşdırılan kişi idmançımız Sedrik Nots isə məşqlərini hazırlığını davam etdirir. Əslən isveçrəli təmsilçimiz fevralın 23-də nəhəng slalom, bundan iki gün sonra isə slalom yarışına qatılacaq. Bəxti yanında olsun, zədələnməsin...


oxunma sayı: 619 | Paylaş:




?>