')

Bu gün:


FutbolPress.Az | "ALTILIQ" SİSTEMİ NİYƏ LƏĞV OLUNA BİLƏR?

"ALTILIQ" SİSTEMİ NİYƏ LƏĞV OLUNA BİLƏR?


oxunma sayı: 449 Paylaş:

Premyer Liqanın "altılıq" sistemiylə keçirilməsinin müəlliflərindən olan və buna böyük inamla gedən PFL-in prezidenti Ramin Musayev işin real tərəfini görəndən sonra səhvini anlayıb. O bu barədə belə deyib: "Hazırda Premyer Liqada tətbiq olunan "altılıq" sistemi mövsüm sonunda özünü doğrultmasa, gələn mövsümdən tətbiq olunmayacaq. Lakin həftəsonu keçiriləcək oyunlara baxsaq, "Qəbələ" - "Standard", "İnter" - "Neftçi" görüşlərinin çox önəmli olduğunu görərik".

Azarkeşlərin futboldan "küsməyini" qabardan Musayev bundan çıxış yollarını axtardıqlarını bildirib. Amma bunda PFL-in yox, daha çox klubların günahkar olduqlarını bildirib: "Premyer Liqanın oyunlarına tamaşaçıların daha çox gəlməsi üçün ilk növbədə klublar çalışmalıdı. Biz, PFL olaraq, öz üzərimizə düşən işi görürük. Komandalar fan-klublarla işləməli, onları stadiona gəlməyə həvəsləndirməlidilər. Komandanın baxımlı, gözəl oyun göstərməsi isə ilk növbədə məşqçilərdən asılıdı".

Amma bir məqamı da vurğulamaq lazımdı, azarkeş məhz "altılıq" sisteminin yaratdığı klublararsı "separat danışıqlar" fəsadını duyub, ona görə çempionatdan "küsüb". Əksəriyyəti də hakimlikdən dad-aman edir. Bu problemlər daha qabarıqdı, nəinki klubların fan-klub saxlamaq və s. məsələlər.


oxunma sayı: 449 | Paylaş:




?>