')

Bu gün:


FutbolPress.Az | Xarici məşqçi-yerli məşqçi söhbətləri - REPLİKA

Xarici məşqçi-yerli məşqçi söhbətləri - REPLİKA


oxunma sayı: 3190 Paylaş:

FutbolPressAğasəlim Mircavadovun Azəbaycanda əcnəbi məşqçinin işləmə faktına qarşı daimi “online” rejimdə olan “səlib yürüşü” “mood”unu rəşadətlə davam etdirənlər var. Onların sırasına daha biri qoşulmaq üzrədir. Söhbət Yunis Hüseynovdan gedir.

Hüseynov son vaxtlar açıqlamalarında xeyli aqressiv təsir bağışlayır. Tərlan Əhmədov qədər kotan effektli həmlələr etməsə də, belə getsə, şumlaya-şumlaya hamını keçəcək. Görünür, işsiz qalmasını futbol təsərrüfatının başçılarına bağışlamaq fikrində deyil...

Hüseynov deyir, belə getsə, Azərbaycanda futbol yox olacaq. Yazını belə ağırtonnajlı emosiya yığnağıyla bitirəsən... Amma niyə ki?

Azərbaycan futbolunun alternativ fikir elitası da olmalıdırmı? Qoy formalaşsın... Eybi yox, işsizlik dindirir, nə dindirir, əsas odur dinsinlər, danışsınlar.  Ağzına su alıb oturanlardansa, Yunis müəllim kimi danışanlar daha vacibdir.

Rəhmətlik Böyükağa müəllim deyərdi, biz hələ ölməmişik ki, xaricdən məşqi gətirib töksünlər bura... Bu fikir cərəyanına cəmiyyətdən həmişə belə bir səda ilə qahmar çıxılıb: “Xaricdən məşqçi gətirib uduzmaqdansa, qoy elə özümüzünkü uduzsun, bilək ki, heç olmasa, pul özümüzünkünə qalır da!”

Oturub fikirləşsən ki, bu nə anlayışdır; vaxt çox gedər. Ondansa getdikcə yenidən yerli məşqçilərçün çəmbərin daralması faktına diqqət ayırmağı təklif edərdim. Türk seriallarının nəyini deyim...

Elçin Cəlilov


oxunma sayı: 3190 | Paylaş:




?>