')

Bu gün:


FutbolPress.Az | Byazi bil

Byazi bil


oxunma sayı: 1289 Paylaş:

FutbolPressDe Byazinin xarici KİV-ә, xüsusәn vәtәnindәki mәtbuata Azәrbaycandakı işi ilә bağlı açıqlamaları, adәtәn, gündәm yaradır. Әsasәn neqativ yönlü reaksiyalara sәbәb olan italiyalı çalışdırıcı bu dәfә dә "әnәnәyә" sadiq qalıb.

"Azәrbaycan milli komandasında xarakter problemi var" deyәn Byazinin bu fikri birmәnalı qarşılanmayıb.

Byazi bu fikri normal futbol, heç olmasa, bir әlin barmaqlarının sayı qәdәr yaxşı nәticә fonunda desәydi, heç kәsdә aqressiya, әks-effekt yaratmazdı.

Amma qoca sinyor burdakı işi ilә faydasızlığını göstәrdikcә özünüifadәdәki saxta manevrlәr dә aşkara çıxır.

Azәrbaycan millisinin xarakteri hәr tsiklda bir, әn yaxşı halda iki oyunda özünü büruzә verәr, faydalı olar. Bu da emosional tonus mәsәlәlәrindә... Bizi komandanın xaraktersizliyindәn çox futbol sistemi qayğılandırmalıdır.

Bizә xarakterdәn әvvәl sabit inkişafa aparan futbol yanaşması gәrәkdir. Bu amil uğurlu tәtbiq edilsәydi, xarakter kimi mücәrrәd mövzularda dalay-dalay lazım olmazdı, sinyor...

Hәr dәfә milliyә dәvәt edilәnlәrin siyahısında anlaşılmaz, bәzәn absurdun dibinә vuran qәrarları görürük. Hәr dәfә... Bu nәyin problemidir?

De Byazi bilir ki, müqavilәsinin bitmәsinә yarım il qalıb vә onunla davam edilmәyәcәk (әmin olmaq da lazım deyil), ona görә dә öz imicindә "çistka" cәhdlәrinә baş vurur. Guya onun xarakterindә hәr şey yaxşıdır, problem Azәrbaycan millisindәn qaynaqlanır.

Bu gedişatda onu qınamağın mәnası/faydası da olmayacaq. Şәrtlәr onun istәklәrinә uyğun, nәticәlәrә görә mәsuliyyәti yox vә s.

Biz ona ünvanlanan tәnbeh, tәnqid, qınaqlarla nәyәsә nail olan deyilik.

Düşünmәliyik ki, niyә hәr bura gәlәn nәticə verә bilmir, bilmәyәndә dә rahatca özünü tәmizә çıxarıb gedir. Hm?

Elçin Cəlilov


oxunma sayı: 1289 | Paylaş:




?>