')

Bu gün:


FutbolPress.Az | Bla bla nəğməsi – bu dəfə Maksimdən

Bla bla nəğməsi – bu dəfə Maksimdən


oxunma sayı: 1092 Paylaş:

FutbolPressAzərbaycan futbolunda bir dəyişilməz həqiqət var – uğursuzluğa geyindirməyə don tapmayanda vurnuxan üçün son baiskar jurnalistlər olur. Fərq etmir, qurum, klub, futbolçu, məşqçi. Böyük qismi problem əhatəsində olanda özünüifadə böhranına düçar olur və belə məqamda yalnız bir mətləb icad edə bilirlər – idman jurnalistləri elədi...

Maksim Medvedev də Latviya ilə yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib ki, jurnalistlər həddən çox tənqid edir və bu, bəzi futbolçulara pis təsir göstərir.. sonra onlar uduzurlar.

Girişdə qeyd edildiyi kimi, klub da, qurum da, futbolçu da, məşqçi də, hətta inzibatçı, topdaşıyan belə yox, məhz jurnalistdir problem yaradan.

Tənqid qarşısında duruş gətirməyən futbolçu cırtdan qarşısında necə tab gətirsin?

İnanmıram ki, hansısa tənqidçi jurnalist bu işi görməkdən həzz aldığı üçün bunu edir. Hər bir tənqidi yazı, müsahibə, sitat – həm də əsəb hüceyrələrinin məhvi, emosional istismardır. Tənqidin yaranma səbəbi problemə təsir etmək, həllinə yönəlik təkan olmaq istəyidir. Gördüyünüz kimi, bu iş heç də zövq üçün görülmür, lüksü-filanı isə yoxdur, əskinə, məhrumiyyətləri var. Odur ki, tənqidçidən/tənqiddən, əuzubilləh, hürkmək, onu maneə kimi görmək cəhalətdir.

Azərbaycan futbolunun inkişafının arzulanması, bu istiqamətdə iş görülməsi məsələsində məsləyinə ən sadiq qövm elə tənqidçi jurnalistlərdir. Onlar sizdən fərqli olaraq bu işin içindən karlı çıxmır, əksinə, olmazın məhrumiyyətlərə düçar olurlar.

Tənqidçilərə təşəkkür düşür. Onlara eşq olsun!

Azərbaycanda futbol adına uğurlu obyekt və ya subyektlərə fikir verin, hamısı tənqidlərdən nəticə çıxarıb, tənqidçiyə loyal yanaşma sərgiləyib, tənqidi fikrə önəm verib. Salaməleyküm...

Elçin Cəlilov


oxunma sayı: 1092 | Paylaş:




?>