')

Bu gün:


FutbolPress.Az | Lazımsız konsert - azarkeşlər narazıdır

Lazımsız konsert - azarkeşlər narazıdır


oxunma sayı: 523 Paylaş:

FutbolPress"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında bu gün Fransanın "Marsel" klubunu qəbul edəcək.

Dünən matç barədə yeni informasiya yayıldı. Məlumat verildi ki, qarşılaşmadan öncə Tofiq Bəhramov adına Respublika stadionunda Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Belə tədbirlər adətən oyuna maraq yaratmaq, bilet alışını təşviq etmək məqsədi daşıyır. Açıqlamanın oyuna bir gün qalmış, biletlərin demək olar ki, tükəndiyi vaxtda verilməsi prosesin effektivliyini, məzmununu şübhə altına salır.

Azarkeşlərin də bir çoxu "ilin-günün" bu vaxtında konsertin lazımsız olduğunu düşünür. "Qarabağ"ın sosial şəbəkə hesabında sözügedən elan postuna yazılan rəylərdən bunu gösmək olar. Azarkeşlər "Marsel"lə oyunun emosional həssaslığını qabardıb, qarşıdan Xocalı facisəninin ildönümünün gəldiyini qeyd ediblər. Fanatlar düşünür ki, konsertdənsə faciənin ildönümü ilə bağlı tədbir görülməsi daha doğru olardı.

Uzun illərdi, avrokuboklarda çıxış edən "Qarabağ" heç zaman belə tәdbir tәәşkil etmәmişdi. Təşkilatı işləri həyata keçirənlərin bundan sonra daha diqqətli olması labüddür...

Azarkeşlərin rəylərindən bəzilərini təqdim edirik...













oxunma sayı: 523 | Paylaş:




?>