')

Bu gün:


FutbolPress.Az | İqor Ponomaryov az danışır, ancaq... saz danışmır

İqor Ponomaryov az danışır, ancaq... saz danışmır


oxunma sayı: 1047 Paylaş:

FutbolPress¼ finalın “Sabah”  “Neftçi” (1:3) oyununda alışan emosiyalar soyuyub yəqin... Elə isə hadisələrin episentrində  İqor Ponomaryovun verdiyi   bir tragikomik açıqlamaya diqqət yetirək.

Sözügedən qarşılaşma  ətrafında hakimlik tematikalı ajiotaj yaratma cəhdləri pis idi və heç alınmadı da... Süni şişən emosiyaların ortasında Ponomarov bilirsiniz nə demişdi?  - “Oyunun nəticəsi ləğv edilsin və yenidən keçirilsin”.

***

Yaxşı perspektivə, müasir/keyfiyyətli  klub infastrukturuna iddialı “Sabah”ın idman direktoru demişdi bu sözləri.

Nə beynəlxalq qaydalara, nə hansısa müvafiq digər əsasa söykənən bu fikirlərin müəllifi görəsən
klubun idman direktoru postunu daşımaqda ağırlıq çəkmir ki?

***

Yoldaş Ponomaryov, oyunun nəticəsi hansı hallarda ləğv oluna və qarşılaşma yenidən keçirilə bilər – bilmirsinizmi?

Bu, nə idi?

Niyə belə demişdiniz?

“Sabah”a yaraşmayan tək bu hal deyil, bəzi lazımsız məqamlar da əmələ gəlməkdədir – “beşikdə boğulsa”, yaxşı olar...


Elçin Cəlilov


oxunma sayı: 1047 | Paylaş:




?>