')

Bu gün:


FutbolPress.Az | “Mahiri sakit buraxıb rahat qərar verməsinə şərait yaratmaq daha yaxşı olar”

“Mahiri sakit buraxıb rahat qərar verməsinə şərait yaratmaq daha yaxşı olar”


oxunma sayı: 611 Paylaş:

FutbolPress“Zirə”nin futbolçusu Ruslan Abışov “FutbolPress”in suallarını cavablandırdı...

- Antalyada iki həftəlik təlim-məşq toplanışında olduz. Hazırlıq necə keçdi, komanda ikinci yarıya nə qədər hazırdı?
- Antalya toplanışımız normal keçdi. Verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdıq. Sadəcə, hava şəraiti bir qədər gözlənilməz oldu. Havaların kəskin soyuq olması müəyyən çətinliklər yaratsa da, toplanışı normal yekunlaşdırdıq.

- Komanda müdafiəçi problemi yaşayır. Nemanya Andelkoviç zədəlidi, yeni transfer isə hələ ki, yoxdu. Sizin “Zirə”də çox oynadığınızı görməsək də, Antalyada yoxlama matçlarında meydanda olduz. Özünüzü hansı formada hiss edirsiz? Təcrübəniz, bacarığınızla indiki məqamda “Zirə”nin müdafiədəki problemini həll edə biləcəyinizi düşünürsüzmü?
- Deməzdim ki, müdafiədə problemlərimiz var. Düzdü, Nemanya Andelkoviçin zədələnməsindən sonra bir qədər çətinlik yaranmışdı. Lakin Dmitrios Çantakias bu boşluğu aradan qaldırmaq üçün var-gücü ilə çalışır. Mən də öz növbəmdə daim formada qalmağa çalışıram ki, ehtiyac yarandığı halda komandama xeyir verə bilim.

- Qarşıdan “Səbail”ə qarşı kubok oyunları gəlir. Əksəriyyət zəif rəqib qarşısında “Zirə”ni aşkar favorit sayır. Kubok matçları barədə nə fikirləşirsiz?
- Bizi “Səbail”lə iki çətin oyun gozləyir. Kubok matçlarında gözlənilməz nəticələrə tez-tez rast gəlmək mümkündü. Buna görə də ciddi hazırlaşmışıq. “Səbail”i əsla zəif komanda saymırıq.

- Bütün qış fasiləsinin aktiv mövzusu Mahir Emreli oldu. Ölkə xaricində çıxış etmiş təcrübəli futbolçu kimi bu mövzuda sizin fikirləriniz maraqlıdı. Mahir hansı qərarı verməlidi?
- Mahir indi çətin günlər yaşayır. Ona olan təzyiqləri hamımız görürük. Əlbəttə, təzyiq edənlərin əksəriyyəti Mahirin yaxşılığını istəyən, ondan uğurlu karyera umanlardı. Ancaq Emrelini bir qədər sakit buraxıb rahat qərar verməsinə şərait yaratmaq daha yaxşı olar, məncə. O, ağıllı oğlandı. İnanıram ki, böyükləri ilə də məsləhətləşib ən doğru qərarı verəcək. İstənilən halda biz onun harda olmasından asılı olmayaraq, hər zaman Mahiri dəstəkləməliyik. Çünki Mahir son illərdə yetişən nadir istedadlı gənclərimizdəndi.

Faiq Tahirov


oxunma sayı: 611 | Paylaş:




?>