')

Bu gün:


FutbolPress.Az | Dahi

Dahi


oxunma sayı: 842 Paylaş:

FutbolPress“Sumqayıt” yerli futbolçu potensialının yaxşılaşması, milliyə dəstək siyasətini elan etmişdi. Sonrakı fəaliyyəti isə adətən, uğursuzluq olarkən bu siyasətdən qalxan kimi istifadə etməsiylə yadda qaldı.

Həm yerli futbolçular, həm yerli məşqçilər – bir müddət belə davam etsə də, nəticələr qənaətbəxş olmadığı üçün “taktikada” dəyişiklik edildi. Artıq Dağıstan deyil, iranəsilli futbolçular milliləşdirildi.

...ləşdirildi. Ancaq bu da nəticə vermirdi axı. Düşünmək lazım idi...

“Sumqayıt”a prezident təyin edilən Riad Rəfiyev bütün imkanları səfərbər edib Ayxan Abbasovla anlaşdı. Onun kurasiyasında “...ləşdirilmiş” komanda etimadı doğrultmağa başladı. Lakin “ləşdirilənlər” deyil, onları kurasiya edənin payı daha böyükdür – anlamadılar. Və bu mövsüm nəticələri yuxarı pillələrçün yetmədiyinə görə Abbasovla yollar ayrıldı.

“FutbolPress” hələ yay transfer pəncərəsi zamanı “Sumqayıt”ın bu mövsüm strategiya dəyişikliyinə gedəcəyini anons etmişdi. Düzdü, bu, əsasən heyətə milliləşdirilmiş əcnəbilər deyil, ümumiyyətlə, legioner statusluların da dəvət edilməsiylə baş verəcəkdi. Ancaq deyəsən, bu politika köklü tətbiq edilir.

Baş məşqçidən başlayan dəyişikliyin ardınca artıq “ləşdirilmişlər” yox, həm də legionerlər gətiriləcək.

Niyə?

“Sumqayıt”ın büdcəsinin azlığı həmişə şikayət, narazılıq mövzusu olub. İndi nə oldu ki, əcnəbi mütəxəssis gətirilir? Deməli, büdcə artırılacaq...(?)

Artırılacaqsa, onda yeni imkanlarla klub tarixinin ən uğurlu baş məşqçisi Ayxan Abbasovla davam etmək daha məntiqli olmazdımı?

Əlbəttə ki, Baqanın öz komandasını formalaşdırması üçün müəyyən tapşırıqları olacaq.

Bununçün ən uğurlu baş məşqçiylə yolları ayırıb heç də az ödənişli olmayan baş məşqçini gətirməkçün dahi olmalısan. Biz dahinin atdığı addımın nəticələrini qarşıdakı zamanda görəcəyik.


oxunma sayı: 842 | Paylaş:




?>