')

Bu gün:


FutbolPress.Az | Xilas haqda nəğmə...  (PAMFLET)

Xilas haqda nəğmə... (PAMFLET)


oxunma sayı: 1053 Paylaş:

FutbolPressAzərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa uduzdu. Bundan əvvəl qrupda Serbiya və Portuqaliyaya da məğlub olmuşdu. Lazım gəlsə, qarşıdakı oyunlarda da uduzar, söz onda deyil...

Hər addımıyla özü haqda ümidləri basdırıb, ehtimalları doğrultmaqda davam edən yığmamız yenə dillərə dastandır. Bu işin zarafatı yoxdur, cırtdan ölkənin yığmasına uduzmaq insanlarımızın əsəblərini tarıma çəkib.

Sorğu keçirib, Lüksemburqa məğlubiyyətin səbəb və təqsirkarlarını soruşanda insanlar artıq nə futbolçuları, nə məşqçini deyil, çox böyük əksəriyyət AFFA-nı hədəf göstərir.

İslahatçün bundan bariz mənzərə?

Haçan?

Haçanadək...

Bir deyim var, proses uzun çəkdi və hərə bir cür dəli oldu...

Adәtәn, uduzanda vəziyyətin təhlili, çıxış yolları göstərmək yox, şər-şəbədə, "sən yedin-mən qaldım" ritmində vurnuxmalar, havada uçuşan atmacalar və s. gündəmin göbəyinə oturur. Böyük ehtimal ki, bugünlərdə də sözügedən məğubiyyətə görə problemin kökü/həlli barədə fikirlərdən çox, axırı yabalaşmayadək gedib çıxacaq süpürləşmələr aktual olacaq. Bir də bu məsələdə özünü avtopilot rejimə qoşmuşlar var...

Bernar Şounun sözüdü: İdeyası olmayan hay-küy xilasa aparmır, sadəcə, qışqırtıdır...

İcad demişkən, yeni klas şablona diqqətinizi çəkmək yerinə düşər. Son illər bu şablonun tərəfdarları çoxalmaqda və çiçəklənməkdədir. Deməli,  cərəyanın üzvlərinin әsas fikri, ideyası belədir: "Cənab prezident, müdaxilə elə!"

Düşünürlər və inanırlar ki, məsələn, Azərbaycan fubolunun düçar olduğu bəlaların səbəbkarları uzun illərdir rahat at oynadırlar və vәziyyәtin düzәlmәsi üçün yalnız ölkə başçısının müdaxilәsi lazımdır. Yaxşı, bәs bu nəyin atoynatmasıdır və o nəyin bu qədər gecikməkliyidir? Yәni bu müdaxilә niyә baş vermir? Bәlkә futbol tәsәrrüfatı özünün nizamlama vә tәnzimlәmә qüvvәsini qurub, yarada bilmәmәsinә görә utansın? Әgәr belә qüvvә yoxdursa, guya müdaxilә vәziyyәti düzәldәr?  

Nәysә, ciddiyyәt bir yana, bu, yepyeni cərəyandır və həqiqətən, mozaikası ilə əyləncəsizliyimizə kiçicik də olsa töhfə verməyə çalışır.

Hm...

Cənab prezident! (ahaa), Lüksemburqa da uduzuruq (ıhımm), bu rəzalətdir (razılaşaq ki, tam haqlıdırlar), ancaq siz müdaxilə etməlisiniz (?), Azərbaycan futbolu bla bla bla...

Deyəsən, hər düzəlməyən  şeyin düzəlməsi üçün cənab prezidentə müraciət etməyin lazımlılığı, vacibliyinə inanan bu cərəyanın necə əmələ gəlməsi, vüsət alması çox maraqlı və dərdli bir məsələdir. Doğrudanmı buna inanırsınız? Düzәlәcәk?

Yaşayaq, görək, bu oyunun axırı nə olur...

Elçin Cəlilov

P.S. Mübarizə ideyaya söykənməyincə real nəticə verməyəcək. Tutanxamun da xortlayıb gəlsə, nəticə olmayacaq. Bunu bilməliyik ki, mübarizə komiksə çevrilməsin...


oxunma sayı: 1053 | Paylaş:




?>