')

Bu gün:


FutbolPress.Az | Zaur Axundovun sensasion yuxusu

Zaur Axundovun sensasion yuxusu


oxunma sayı: 1027 Paylaş:

FutbolPressAzərbaycan çempionatında sondan ikinci yeri tutan “Keşlə” kubokun qalibi olaraq Konfrans Liqasına çıxış etmək hüququ qazanır. Püşkdə rəqib “Soçi” düşür. “Əh, bəxtsizlik!” deyib, püşkdən gileyli halda səfər oununa gedirlər və 3 cavabsız qolla geri dönürlər. Cavab oyununda isə 2 qola 4 cavab “yeyərək” liqanı tərk edirlər. Buradək hər şey adi. Amma...

Bundan sonra Tutonhamon Zaur Axundovun yuxusuna girir. O, Axundovdan soruşur ki, bundan sonrakı planları nədir. “Keşlə”nin tutonhamonu ovaxtkı əsl Tutanhamona belə cavab verir:

“Kamandada köklü dəyişihlər edəcəyih!”

Bu qısa və konkret yuxunun yozuma ehtiyacı yoxdur. Yozumsuz da inandırıcıdır. Axundov “Keşlə”ni kökündən dəyişdirəcək. O, bunu hər il edir. Yox, hətta ildə iki dəfə.

Yenə çox sayda futbolçu göndəriləcək, ondan az olmayan qədər gətiriləcək. Və bu işdə/məqsəddə Axundova heç kəs məsləhət verə, qarşı çıxa, göstəriş verə bilməz. O, əbədi futbol bilicisidir və məhz buna görə AFFA vasitəsiylə SOCAR-dan onun klubuna hamıdan çox dotasiya ayrılır. Başqa nə düşünə bilərik...

Elçin Cəlilov


oxunma sayı: 1027 | Paylaş:




?>