')

Bu gün:


FutbolPress.Az | cİP-cİP  MEDİA

cİP-cİP  MEDİA


oxunma sayı: 1121 Paylaş:

FutbolPress...“Nol altı”nın arxa  şüşəsinə yapışdırılmış “PRESS” kağızı diqqətimi çəkmişdi.  “PRESS” yazısı olan maşının təxminən toxunulmaz olduğunu öyrənəndə bu hekayə mənə çox cazibəli gəlmişdi.

Hələ 5-ci sinifdən fikrimdə qərarlaşdırmışdım ki, jurnalistika fakültəsinə girəcəm.

2005-2006-cı illərdə tələbə-jurnalistəm; tez-tez redaksiya/iş yeri dəyişib, öyrənirəm, təcrübə toplayıram, bir sözlə, həvəsim aşıb-daşır.

Elə o minvalla məşhur “Nəşriyyat” binasında əksər ofisin həm də “PRESS” kartının satışından dolanışıq qurduğunu öyrənmişdim...

Pah atonnan, tineycer hövlnaklığı ilə necə də qınayırdım elələrini. İllər keçdikcə anlayırsan ki, günah “PRESS”i satıb, sözün hər mənasında redaksiya dolandıranda yox, ölkənin siyasi-iqtisadi sistemindəki absurdluqdadır. 

***

Hardasa Əli Həsənovun KİVDF təşkilatının yaradıldığı ərəfələrdir. Ki, ondan əvvəli xatırlamıram, lakin sonrasını yaxşı müşahidə etdiyimçün səhih təsvir edə bilirəm. Axtalanmış mediadan daha şiddətlə mediabazlıq istəklərinin olduğu, olmayan mövcudluğun qayırıldığı bir era kimi təsəvvür edək bunu. İllərlə belə davam etdi və Azərbaycanda nəinki müstəqil mətbuat tam məhv oldu, hətta hökumət jurnalistlərə ev vermək kimi analoqu olmayan şeylər eləməyə başladı. 

***

Cənab prezidentin islahat söhbətindən sonra MEDİA adlı yeni təşkilat yaradıldı. Onlar da Əli Həsənovun dövründəki kimi – mətbuata hökumətdən gələn pulu paylamaq qərarı verdilər. Vәtәndaşın vergisindәn formalaşan dövlәt büdcәsindәn ayrılan vәsaitlә... Yenə deyə bilərik ki, bu söhbətin də dünyada analoqu yoxdur. Sizə bu minvalla bir hekayə nəql edək.

12+ illik fəaliyyəti olan “FutbolPress” də məcburən ilk dəfə bu tip müsabiqəyə qatıldı. Nə edək, ay yoldaş, keçmişimizə baxırıq və yaxın/uzaq gələcəyin ümidverici olmadığnı görürük - mәcburuq...

Və MEDİA təşkilatının seçdiyi  7 idman saytı arasına salınmırıq.

Təşkilatın rəhbəri Əhməd İsmayılov bəyin mediaya hansı dəxli var? – təbii ki, bu haqda ciddi məlumatımızın olmamasına görə onu narahat etmirik,  köməkçisi, vaxtilə TV-lərdə izzәtli xəbər diktoru olmuş Rüstəm Əbülfətoğluna müraciət edirik. Tələb edirik ki, “İP sayı” (Yəni reytinq, klik, giriş sayı) və “Ekspert rəyi” məsələlərində şəffaflıq bizə sübut edilsin. Nə “ekspert rəyi” açılıb göstərilir, nə də İP sayında bizimlə seçilmiş saytların arasındakı müqayisə tәqdim edilir.

Əlbəttə, hüquqi haqqımız var ki, biz bununla tanış olaq. Ancaq bizə bu barədə heç bir məlumat verilmir.

Niyə?

Kusturisa bu haqda film çәksәydi, analoji epizodda məmuru söyüb prezidentin xəbərsiz olduğunu deyәn obrazı işә salardı...

Haşiyə: Biz siyahıya düşmüş 7 saytın ən çox yarısını təbrik edirik, qalanı layiq bilmirik. Qıçımızdan sәmimiyyәt vә süni tәәssübkeşlik uydura bilmәrik, bu, belәdir... Digər yarısının  İP sayında da,  “ekspert rəyində” dә bizi üstələyə bilməyəcəyinə zəmanət verə bilərik. Lakin iki gün ardıcıl tələblərə baxmayaraq bizə hər şey deyilir, ancaq əsas şey deyilmir. Rüstəm yoldaşın gülməli söhbətlərindən biri belə olmuşdur:

- Biz sizə sizin saytın reytinqini göstərə bilərik (özümüzün bildiyi şey)
- Bəs İP sayımızı seçilmiş saytlarla müqayisə edib fәrqi əyani göstərə bilərsinizmi?

Bu sual da “dalay-dalay” janrında cavablandırılır. Çünki әminik, bizim sayt heç vaxt İP üçün çalışıb-vuruşmasa da, reytinqin hansı sәviyyәdә olduğuna әminik. Biz nә İP, nә dә hansısa ekspert rәyi nәticәsindә seçilmәyәnlәr siyahısında qalmazdıq...

İlham Əliyevin mediada islahat tezisi belə icra edilir?

Əvvəlcə bizə, “Mütləq müsabiqəyə qatılın” və s. isti sözlər deyilsin, sonra da belə əndirabadi situasiya yaransın?

Yenə Əli Həsənovdur günahkar?

Bu proqram da effekt vermәyәcәk. Müşahidәmiz vә nәzarәtimiz aktiv olacaq. 

Filmin final sәhnәsindә dә islahat mövzusunda anekdot...


Elçin Cəlilov


oxunma sayı: 1121 | Paylaş:




?>