')

Bu gün:


FutbolPress.Az | Nazim Süleymanov - 55!

Nazim Süleymanov - 55!


oxunma sayı: 222 Paylaş:

FutbolPressBu gün Azərbaycan futbolu üçün ən böyük adlardan olan Nazim Süleymanovun doğum günüdü. O, 53 yaşını tamamlayır.

Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edir. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Avtomobilçi (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası Neftçi klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.

Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, Jemçujina-Soçi kimi klubların adı var.

Oyunçu karyerasının bitirən Nazim Süleymanov məqşçilik fəaliyyətinə start verir. Rusiya çempionatında yarışan "Jemçujina"nın əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. Daha sonra Vətənə dönən Süleymanov yenicə yaranmış "Xəzər Lənkəran" klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. O, bundan başqa "Olimpik" və "Neftçi"nin "sükanı arxası"nda da fəaliyyət göstərib. Süleymanov son olaraq qısa müddət "Sumqayıt"ı çalışdırıb.

"FutbolPress" 55 yaşının tamam olması münasibətilə Nazim Süleymanovu təbrik edir, ona gələcək həyat fəaliyyətlərində uğurlar arzu edir.


oxunma sayı: 222 | Paylaş:




?>