')

Bu gün:


FutbolPress.Az | AFFA-dan Abdulla Avcı açıqlaması: "Siyahıda adı var, amma..."

AFFA-dan Abdulla Avcı açıqlaması: "Siyahıda adı var, amma..."


oxunma sayı: 502 Paylaş:

FutbolPressSon günlər mediada türkiyəli mütəxəssis Abdulla Avcının Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyi haqda xəbərlər yayılıb. İddialara görə, AFFA rəhbərliyi artıq çalışdırıcı ilə ilkin təmas qurub, hətta assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov onunla görüşüb.

Qurumun Media və ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı "FutbolPress"ə açıqlamasında Avcının namizədlər siyahısında olduğunu, ancaq hər hansı təmasın olmadığını söylədi:

"Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin son iclasında Azərbaycan milli komandasının baş məşqçisi postuna ehtimal edilən məşqçilərlə bağlı geniş siyahı təqdim olunmuşdu. İcraiyyə Komitəsində müəyyən müzakirələr aparıldı və qərara alındı ki, Komitənin növbəti iclasında bu məsələyə yenidən qayıdılsın. Ötən müddət ərzində həmin siyahı üzərində müəyyən işlər görülüb. İcraiyyə Komitəsinin növbəti iclasına qədər qısa siyahının hazırlanması yekun mərhələdədi. Türkiyəli mütəxəssis Abdulla Avcının milliyə baş məşqçi təyin ediləcəyi ilə bağlı məlumatlara gəlincə, o, həqiqətən də, yığmaya namizədlərin qısa siyahısına daxildi. Lakin AFFA rəsmilərindən, qurum rəhbərliyindən heç kim nə Abdulla Avcı ilə görüşüb, nə də hər hansı şəkildə təmasda olub".

Abdulla Avcı son olaraq "Beşiktaş"ı çalışdırıb. Bir müddət əvvəl o, öostundan göndərilib.


oxunma sayı: 502 | Paylaş:




?>