')

Bu gün:


FutbolPress.Az | Alper Potukun "Qarabağ"da keçməməsinin səbəbi

Alper Potukun "Qarabağ"da keçməməsinin səbəbi


oxunma sayı: 276 Paylaş:

FutbolPress“Fənərbağça”nın futbolçusu Alper Potukun “Qarabağ”a keçidi baş tutmayıb.

Ağdam təmsilçisi türkiyəli yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəsə də, keçid maliyyə məsələlərinə görə alınmayıb.

Bundan başqa Türkiyə millisinin üzvü İstanbulda yaşamaq istəyir. 28 yaşlı futbolçunun atası xərçəng xəstəliyindən əziyyət çəkir. Potuk İstanbulda müalicə alan atasının yanında qalmağı üstün tutub. Buna görə də futbolçu "Rizəspor" və "Qarabağ"ın təklifini qəbul etməyib.

Alper Potuk 2013-cü ildə "Əskişəhərspor"dan "Fənərbağça"ya keçib. Onun "sarı-lacıvərdlilər"lə 2022-ci ilin yayına qədər müqaviləsi var.


oxunma sayı: 276 | Paylaş:




?>