İspaniya La Liqasının XXVI turunda keçiriləcək "Real" - "Barselona" oyununun vaxtı açıqlanıb.
"Santyaqo Bernabeu" stadionunda baş tutacaq "El Klasiko" martın 1-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.
İlk dövrədə "Kamp Nou"da keçirilən görüş qolsuz heç-heçə ilə bitmişdi.