')

Bu gün:


FutbolPress.Az | Eriksen "İnter"ə keçməyə razılıq verdi

Eriksen "İnter"ə keçməyə razılıq verdi


oxunma sayı: 143 Paylaş:

FutbolPress"Tottenhem"in futbolçusu Kristian Eriksen “İnter”ə keçməyə razılıq verib.

“Sky Sport İtalia”nın məlumatına görə, bu transfer yaxın günlərdə reallaşacaq. Danimarkalı yarımmüdafiəçinin London klubu ilə müqavilə müddəti yayda başa çatır. Ancaq o, həmin vaxtı gözləmək istəmir.

“İnter” tərəfinin “Tottenhem”ə rəsmi müraciət etməsi işi asanıaşdırıb. Amma klublar qiymət məsələsində anlaşa bilmirlər. “İnter” 10 milyon avro ödəməyə hazır olduğunu bildirir, “Tottenhem” isə bu məbləğin iki qatını - 20 milyon avro tələb edir.


oxunma sayı: 143 | Paylaş:




?>