')

Bu gün:


FutbolPress.Az | Maraqlı və riskli eksperiment

Maraqlı və riskli eksperiment


oxunma sayı: 543 Paylaş:

FutbolPress“Sabah”ın Türkiyənin Antalya bölgəsində ilk yoxlama oyunu maraqlı eksperimentlə yadda qaldı. Komandanın baş məşqçisi Jelko Sopiç Macarıstanın “Pakş” klubuna qarşı görüşdə (0:2) xeyli gənc futbolçuya oynamaq imkanı yaratdı.

“Futuristlər”in start heyətində çempionatdakı yaş limitinə uyğun 3 oyunçu var idi: Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov. Xorvat mütəxəssis fasilədə Şakiri əvəzlədi. Ancaq gənclərin sayı azalmadı. Əvəzində Ozancan Kökçü oyuna qoşuldu. 66-cı dəqiqədə U-19 komandasından qoşulmuş 3 gənc – Neymət Musayev, Ceyhun Nuriyev və Abdulla Xaybullayev meydana buraxıldı. Elçin Mustafayev isə əvəzləndi. Bir qədər sonra Emil Qasımovu meydandan çıxaran Sopiç Arsen Ağcabəyov, Abbas Ağazadə və Rüstəm Samiqqulinə oynamaq şansı yaratdı.

Beləliklə, qarşılaşmanın sonlarına doğru “Sabah”ın heyətində eyni zamanda 7 limit oyunçusu var idi. Ümumilikdə, bu görüşdə Sopiç 10 gənc futbolçuya oynamaq imkanı yaratdı.

Matçdan sonra mütəxəssis qərarını toplanışa gətirdiyi bütün futbolçulara şans vermək istəməsiylə əlaqələndirdi. Onun sözlərinə görə, həmin gənclər məşqlərdə özlərini yaxşı göstəriblər və oynamağı haqq edirlər. Sopiç daha əvvəl “Əgər legionerlər istədiyim keyfiyyətdə çıxış etməsə, meydana 10 yerli futbolçu buraxacam” açıqlaması ilə diqqət çəkmişdi. Bu baxımdan, belə eksperimentlər etməsi gözlənilməz deyil. Baş məşqçinin gənclərə şans verməsi klubun ümumi strategiyasına da uyğundu. Çünki “Sabah”ın əsas məqsədlərindən biri yerli gəncləri üzə çıxarmaq, akademiya yetirmələri ilə uğur qazanmaqdı.

Baş məşqçinin eksperimenti nə qəsər xoşagələn olsa da, eyni zamanda risklidi. Komandanın mövsümün ikinci yarısında necə çıxış etməsi böyük ölçüdə hazırlıq dönəmindən asılıdı. Bu qədər köklü dəyişikliklər sonda komandaya ziyan da vura bilər. Yoldaşlıq görüşlərdə nəticə bir o qədər vacib olmasa da, çempionatda ən əhəmiyyətli şey budu.


oxunma sayı: 543 | Paylaş:




?>